Azərbaycan – Gürcüstan əlaqələri möhkəm təməl üzərində qurulub
11.10.2023 [14:13]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycanla Gürcüstanın mehriban qonşuluq və tarixi dostluq əlaqələri yüksələn xətlə inkişaf edir. Hər iki xalqın maraqlarına uyğun olaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələrin inkişafı onu təsdiq edir ki, Azərbaycan və Gürcüstanın dostluq əlaqələri möhkəm təməl üzərində qurulub.
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də Tbilisiyə işgüzar səfəri, Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata verdikləri bəyanatlar hər iki ölkənin ikitərəfli əlaqələrinin yeni bir mərhələyə qədəm qoyduğundan xəbər verir.
Ölkə Başçımız cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk, öz səylərimizi əsirgəmirik. Cənab Baş nazir qeyd etdiyi kimi, bizim ənənəvi görüşlərimiz bu məqsədə xidmət edir ki, ölkələrimiz bir-birinə daha yaxın olsun, xalqlarımız bir-biri ilə daha da sıx dostluq etsin. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir.
Hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyən Azərbaycan və Gürcüstanın əməkdaşlıq əlaqələri Qafqazın geopolitikasında ən güclü müttəfiqlik əlaqələridir. Bu ölkələrin qardaşlıq, dostluq əlaqələrinin getdikcə daha da inkişafı təkcə ölkələrimiz üçün deyil, region, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyan layihələrin reallaşdırılmasına şərait yaradıb. Xüsusi ilə, hər iki ölkənin tarixi İpək Yolu üzərində yerləşməsi, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasına, regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib.
İşgüzar səfər zamanı Anakliya limanının inşası ilə bağlı fikir mübadiləsi aparılıb. Ölkə Prezidentimiz cənab İlham Əliyev qeyd edib ki, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var, o limanın genişləndirilməsi, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da, əlbəttə, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.
Mətbuata bəyanatında ölkə Prezidentimiz cənab İlham Əliyev həmçinin vurğulayıb ki, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır, təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün və biz buna hazırıq. Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.
Azərbaycan və Gürcüstan xalqları arasında tarixən mövcud olan sıx əlaqələr, mehriban qonşuluq münasibətləri regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən birinin Gürcüstan olmasına şərait yaradıb. İki ölkə arasında ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlərin həyata keçirilməsi, ölkələrimiz arasında ikitərəfli strateji əlaqələrin daha da möhkəmləndirilməsi Azərbaycan və Gürcüstan əlaqələrinin möhkəmləndirilməsinə, iqtisadi, mədəni və siyasi münasibətlərin daha da zənginləşdirilməsinə töhfə olacaq.
Xəbər lenti
Hamısına baxSosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50

