Taksim meydanında keçirilən yürüş-mitinqdə YAP Gənclər Birliyinin üzvləri də iştirak edib
01.03.2012 [01:18]
Məlum olduğu kimi, fevralın 26-da Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar İstanbul şəhərinin tarixi Taksim meydanında izdihamlı yürüş-mitinq keçirilib. Həmin gün qardaş ölkədə 175 mindən çox insan 20 il bundan əvvəl erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı Azərbaycanın haqq işinə dəstək vermək üçün Taksim meydanına toplaşıb, “Bir millət, iki dövlət - Xocalıya ədalət!” şüarı altında keçirilən aksiyada insanlar “Biz hamımız xocalılıyıq”, “Xocalıya ədalət!”, “Bir millət, iki dövlət”, “Erməni yalanlarına son!”, “Qarabağ bizimdir, bizim də olacaq!”, “Erməni cavab verəcəkdir”, “Qəlbimizdə Xocalı”, “Azərbaycan xalqı tək deyil!” və s. şüarları səsləndiriblər.
Qeyd edək ki, sözügedən aksiyada Azərbaycanın və Türkiyənin deputatları, hər iki ölkənin dövlət və hökumət, diplomatik korpusun və beynəlxalq təşkilatların, QHT-lərin nümayəndələri, qardaş ölkənin 35 şəhərindən təmsilçilər, bir sıra xarici ölkələrdən qonaqlar, yerli və xarici KİV-lərin təmsilçiləri, o cümlədən, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) nümayəndə heyəti də iştirak edib. Aksiyada iştirak etmək üçün fevralın 23-də İstanbula yola düşən YAP GB-nin üzvləri səfərin ilk günündən təbliğat kampaniyasına başlayıblar. Belə ki, gənclərimiz İstanbulun küçələrində bukletlər paylayıb, türkiyəli qardaş və bacılarımızı aksiyada iştiraka dəvət ediblər. Bu barədə açıqlama verən YAP GB-nin sədri Seymur Orucov deyib ki, yürüş-mitinqə dünyanın müxtəlif ölkələrindən xeyli insan qatılıb və bütün iştirakçıların tələbi Xocalı soyqırımına dünya birliyi tərəfindən ədalətli qiymətin verilməsi olub: “Yürüş-mitinqdə YAP Gənclər Birliyinin üzvləri də iştirak etdilər. Biz YAP GB tərəfindən hazırlanmış və Xocalı soyqırımına həsr olunmuş on minədək bukleti tədbir iştirakçılarına payladıq. Türk dilində hazırlanmış bukletlərdə faciəni əks etdirən faktlar və fotolar öz əksini tapmışdı. Hesab edirik ki, bütövlükdə bu möhtəşəm tədbir Xocalı soyqırımını dünyaya tanıdan böyük hadisə olacaq. İldən-ilə bu istiqamətdə tədbirlər genişlənir və diqqət çəkən məqamlardan biri odur ki, gənc nəsil bu prosesdə fəal iştirak edir. Bu tədbir həmçinin, Azərbaycan-Türkiyə birliyinin təcəssümüdür”.
Aksiyaya qatılan YAP GB-nin üzvlərinin də vurğuladıqları kimi, yürüş-mitinqdə Azərbaycandan və Türkiyədən olan minlərlə gənc iki ölkənin gəncliyinin dostluğunu nümayiş etdiriblər: “Hər iki ölkədən olan gənclər birlikdə Azərbaycanın və Türkiyənin himnini səsləndirdilər. Biz böyük bir qürur hissi ilə aksiyada iştirak etdik”.
YAP GB-nin üzvləri sonda bir arzularını da dilə gətiriblər: “Azərbaycan gəncliyi olaraq çox arzu edirik ki, növbəti belə aksiyaları düşmən işğalından azad olunmuş Xocalıda, həmçinin, digər torpaqlarımızda keçirək. Və təbii ki, Ermənistanın öz işğalçılıq siyasətindən əl çəkməyəcəyi təqdirdə Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad olunması üçün müharibəyə hazırdır”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

