/ / YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədovun Brüsseldə nəşr edilən "BullsEye" jurnalında məqaləsi dərc olunub
YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədovun Brüsseldə nəşr edilən "BullsEye" jurnalında məqaləsi dərc olunub
01.03.2012 [01:15]
Qeyd edək ki, Avropa Xalqları Partiyasının iki gənclər təşkilatı mövcuddur. Bunlardan biri Avropa Xalqları Partiyasının Gənclər Birliyi, digəri isə Avropa Demokrat Tələbə Gənclər Təşkilatıdır. Hər iki təşkilat mütəmadi olaraq öz fəaliyyətləri, müzakirə etdikləri məsələlərlə bağlı onlara məxsus olan KİV-lərdə çıxışlar, yazılar nəşr edirlər. “BullsEye” jurnalı da Avropa Demokrat Tələbə Gənclər Təşkilatının bir nəşri kimi fəaliyyət göstərir. Bu jurnalda Avropa Xalqları Partiyasının ideologiyasının daşıyıcıları olan gənclərin, bütövlükdə Avropa gənclərinin müxtəlif mövzularla bağlı məqalələri nəşr olunur. Böyük tarixçəsi olan bu jurnal Brüsseldə nəşr edilir.
Bildiyimiz kimi, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ötən ildən etibarən Avropa Demokrat Tələbə Gənclər Təşkilatı ilə əlaqələrə malikdir və təşkilatın tədbirlərində fəal iştirak edir. Bu əməkdaşlığın nümunəsi olaraq “BullsEye” jurnalının son sayında YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədovun “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin yüksəldilməsinə cəhd göstərir” adlı məqaləsi dərc olunub. Məqalədə Avropa enerji təhlükəsizlik sisteminin nədən ibarət olduğu, bu sistemin əsası olan karbohidrogen ehtiyatlarının hansı ölkələrdə mövcudluğu, enerji daşıyıcılarının hansı kəmərlərlə Avropaya nəql edildiyi barədə geniş məlumat verilib.
Müəllif, eyni zamanda, Avropa enerji təhlükəsizliyi sisteminə Azərbaycan Respublikasının töhfəsi, ixracatçı və tranzit ölkə kimi Avropa enerji təhlükəsizliyi sistemində roluna toxunub. O, məqaləsində bildirir ki, bu rol Azərbaycanın sadəcə olaraq neft ixracatçısı və tranzit ölkə olmasından ibarət deyil. “Azərbaycan Avropanın enerji təhlükəsizliyində fəal iştirakçıdır” - deyə, məqalədə vurğulanır. YAP Gənclər Birliyinin sədr müavini öz məqaləsində onu da qeyd edir ki, Azərbaycan Avropaya yönəlik açıq siyasət aparır və bu qitəyə tranzit koridorundan daha səmərəli istifadə etmək şəraiti də yaradır.
“Beləliklə də, biz Avropaya nə qədər yaxın olduğumuzu və Avropa ilə Şərq arasında dialoqda önəmli rol oynadığımızı bir daha nümayiş etdiririk” - deyə, bildirilən məqalədə müəllif Azərbaycanın bu yöndəki imkanlarını “BullsEye” jurnalı vasitəsilə geniş formada avropalıların diqqətinə çatdırıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20

