İmişlidə “İki iyirmi üç arasında” verbatim-tamaşası nümayiş etdirilib
11.12.2023 [09:32]
Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar 10 dekabr 2023-cü il tarixdə İmişli rayon Mədəniyyət Mərkəzində Lənkəran Dövlət Dram teatrının ifasında Azərbaycanın şairi və publisisti, Yazıçılar birliyinin üzvü, əməkdar Mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin Ulu Öndər Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilə qədər olan həyat və fəaliyyətindən, onun Azərbaycan xalqının ictimai-siyasi, sosial-kulturoloji həyatındakı rolundan, millətimizin özünüdərk prosesi yolundakı fəaliyyətindən bəhs edən “İki iyirmi üç arasında” əsərinin tamaşası səhnələşdirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon prokuroru Valeh Səmədov, “Energetik-1” Ərazi Partiya təşkilatının sədri Saleh Səmədov, İmişli rayon İcra hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq mühafizə orqanlarının nümayəndələri, partiya fəalları və rayon ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan səhnə əsərinin prodüseri İntiqam Hacılı bildirib ki, sənədli teatr-verbatim janrında tamaşa Azərbaycan teatrı tarixində ilk dəfədir. Verbatim-tamaşanın məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin zəngin fəaliyyətini tamaşaçılara və yeni nəslə çatdırmaq, müasir Azərbaycanın qurucusu kimi xalqımızın tarixində oynadığı rolu bir daha nümayiş etdirməkdir.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev tamaşaçıları salamladıqdan sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi ölçüyəgəlməz işlər barədə ətraflı məlumat verib. S.Ağayev qeyd edib ki, Ulu Öndərin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında bütün sahələrin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. Ulu Öndərin siyasəti dərin milli mənafelər üzərində qurularaq bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı və dayanıqlı inkişafına xidmət edir.
Çıxış edən Azərbaycanın şairi və publisisti, Yazıçılar birliyinin üzvü, əməkdar Mədəniyyət işçisi Qəşəm Nəcəfzadə tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyindəki misilsiz rolundan danışıb, Azərbaycan tarixinin bütöv bir dövrünün dahi şəxsiyyətin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu deyib.
Sonra rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Sucəddin Mirzəyev və Zemfira Nəcəfova, aktyorlardan Şarud Mehdiyeva, Miraslan Ağayev, Qızılgül Quliyeva, Allahverən Babayev, Buludxan Buludov, Aynur Əhmədova, Hikmət Cəfərov, Saleh Əzimzadə, Ayşən Əsədova, Emil Rzayev, Məleykə Cəfərova, Gülər Kərimova, Əlirza Şahbazi, Rauf Zeynalov, Təvəkkül Həsənov, Günel Abbaszadə, Aysel Babazadə və Amil İbrahimlinin ifa etdiyi verbatim-tamaşa oynanılıb.
Xəbər lenti
Hamısına baxSosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59

