Radikal müxalifətin dəyişməyən təfəkkürü
25.12.2023 [10:41]
Bu gün Azərbaycan sosial–iqtisadi həyatın bütün sahələrində sürətlə inkişaf edir. Ümummilli liderimiz Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı, ölkəmizin Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti demokratik, azad və müstəqil dövlət quruculuğu sahəsində böyük nailiyyətlərlə müşayiət olunur. Azərbaycanın razi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizənin qalibi olan Müzəffər Ali Baş Komandan kimi tarixə düşmüş cənab İlham Əliyev bu mübarizəni bir an belə dayandırmır. Yeni reallıqlara uyğun olaraq fevralın 7-nə təyin olunmuş Prezident seçkiləri də gələcək fəaliyyətin daha güclü şəkildə siyasi dayaqlarının yaradılmasına xidmət edir.
Təəssüf ki, bütün bu nailiyyətləri hər şeydə qara axtaran radikal müxalifət nədənsə görmək istəmir. Seçki ərəfəsində və seçkidən sonra ölkədə qarışıqlıq yaratmaq, Azərbaycanın demokratik imicinə zərbə vurmaq heç də vətənə, xalqa xidmət sayıla bilməz. Bu, hər şeydən əvvəl Azərbaycanı istəməyən qüvvələrin, o cümlədən ermənilərin dəyirmanına su tökməkdən başqa bir şey deyildir.
Bu mənada Azərbaycanda müxalifətin acınacaqlı imici və vəziyyəti ortaya çıxır. Yəni, radikal müxalifətin rasional düşüncəli və kreativ yanaşma tətbiq edən institut kimi çıxış edə bilmədiyindən ancaq korporativ maraqlar ətrafında birləşmiş marginal qruplar və ya siyasi dərnəklər təsirini bağışlayırlar. Onların inkişaf etmiş demokratik cəmiyyətlərin müxalifət institutları kimi müasir siyasi metodlara, sivil mübarizə taktikasına istinad etməməsi və bütün fəaliyyətinin əsasında milli maraqların deyil, qrup mənafeyinin durması radikal müxalifətin konseptual olaraq, demokratik dəyərlərin və ideyaların daşayıcısı olmadığını isbatlayır. Əlbəttə ki, müxalifət institutunun əsas fəlsəfəsi dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi olsa da, təəssüflər olsun ki, Azərbaycanın radikal müxalifət institutuna bu prinsiplər yaddır. Məhz, bu konteksdə radikal müxalifət dövlətçilik, etatizm ideyalarına xidmət etmək əvəzinə, Azərbaycanın gələcəyini düşünməyən "əyləc mexanizmi" qismində çıxış edir.
Siyasi partiyaların birinci funksiyası seçkilərdə iştirak etməkdir. Xüsusən, müxalif partiya iqtidara gəlmək, yaxud qanunverici orqanda təmsil olunmaq üçün bütün seçkilərdə aktiv iştirak etməlidir. Siyasi fəaliyyətin ana qayəsi, təməl bazası budur. Digər bir tərəfdən isə “Siyasi Partiyalar Haqqında” yeni Qanun istənilən səviyyəli seçkilərdə iştirakı partiyaların qarşısında bir vəzifə kimi qoyur. Bu baxımdan seçkiləri baykot qərarı ilə çıxış etmək həm də üzrəinə düşən vəzifələri icra etməmək anlamına gəlir.
Boykot çagırışları radikal müxalifətin dəyişmədiyini, siyasi reallıqları qəbul edə bilmədiklərini və ən əsası ictimai rəyi nəzərə almadıqlarını göstərir. Hər kəs ictimai-siyasi mühitin sürətlə dəyişdiyi halda radikal müxalifətin özünün seçki və siyasi mübarizə taktikasında heç bir keyfiyyət dəyişikliyi edə bilmədiyini görür. Bu tip qərarların qəbulu radikalların seçki taktikasında qələbə təminatlı dəyişikliklər etmək gücündə olmadığını aydın şəkildə göstərir. Bu baxımdan baykot qərarı sadəcə öz zəifliklərini, sosial bazanın olmadığını, İlham Əliyevlə mübarizə aparmaq gücündə olmadıqlarının ört-basdır etmək üçün verilmiş qərar kimi qəbul olunmalıdır. Radikal müxalifətin dəyişməyən təfəkkürü də bunu dərk eləmək iqtidarında deyildir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09

