İnkişaf və tərəqqi üçün
18.03.2024 [11:06]
Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb.
Forumun açılış mərasimində iştirak edən cənab Prezident İlham Əliyev çıxış edərək dünyada və regionda baş verən hadisələri geniş təhlil edib.
Cənab İlham Əliyev qeyd edib ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından biz həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.
Qeyd edək ki, XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Öz coğrafiyasını getdikcə genişləndirən Forumda 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçılarının iştirak etməsi Forumun nəhəng intellektual potensiala malik olduğunu göstərir.
Azərbaycan - Ermənistan münaqişəsinin təfərrüatlarına toxunan cənab Prezident qeyd edib ki, uzun illər ərzində münaqişənin sülh yolu ilə həll edilməsinə nail olmaq mümkün olmayıb. Halbuki, belə bir imkan vardı. “Keçmiş Minsk qrupunun 28 illik fəaliyyəti ərzində nəticə sıfra bərabər idi. İndi biz keçmişə nəzər salıb 28 ilin necə keçdiyini təhlil edəndə tam əmin oluruq ki, Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək deyil, onu dondurmaq, Ermənistan işğalını əbədi etmək və işğalla barışmalı olduğumuzun qaçılmazlığı barədə bizimlə danışıqlar aparmaq olub.”-deyə qeyd edən ölkə başçısı bildirib ki beynəlxalq güclərin əsas istəyi o oldu ki, biz 20 faiz ərazimizin işğalı ilə barışaq. Bunun mümkün olmadığını dəflərlə bəyan etdik. Nəhayət, münaqişə hərbi-siyasi yolla həll edildi və həyat göstərdi ki, belə halda bəzən hərbi gücə əl atmaq məcburiyyətdən doğur. 44 günlük müharibədə və cəmi 24 saat çəkən antiterror əməliyyatında əldə edilmiş qələbədən sonra Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Ölkəmizin başçısı bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı hərbi qənimətlər və məhv edilmiş texnikanın, sursatın dəyəri 5 milyard dollara yaxın idi. Sual olunur ki, Ermənistan bütün bu pulu haradan əldə edib? Əlbəttə, aydındır ki, bizə qarşı istifadə etdikləri bütün silahlar onlara təmənnasız verilmişdir. Bu da onu göstərir ki, bu silahları verənlər münaqişənin heç vaxt həll edilməməsi üçün əllərindən gələni etmişdir. Öz əhalisini dolandıracaq büdcəsi olmayan Ermənistanın bu qədər hərbi sursatı necə əldə etməsi artıq sirr deyil.
Bir sıra beynəlxalq təşkilatların, eləcə də ayrı-ayrı dövlətlərin ikili standartlara əsaslanan siyasəti təəssüf ki indi də davam edir. Münaqişənin həllinə qədər Azərbaycanla münasibətləri kifayət qədər normal olan Fransanın hazırda sərgilədiyi mövqe təəccüb və təəssüf doğurur. Cənab Prezident Fransanın Evian şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktının bunun bariz nümunəsi olduğunu qeyd edərək bildirdi ki, “Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır.”
Bakıda keçirilməsi nəzərdə tutulan COP29 konfransında Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin hazırlıq işləri və tədbirin keçirilməsi zamanı Azərbaycanın fəal tərəfdaşı olacağını qeyd edən cənab İlham Əliyev bildirmişdir ki, əsas məqsədimiz iqlim məsələlərinə töhfə vermək, yaşıl enerjiyə keçid sahəsində həyata keçirilən layihələri başa çatdırmaqdır.
Cənab Prezidentin çıxışının əsas qayəsi Azərbaycanın regionda sülh və təhlükəsizliyə nail olmaqla daha çox əməkdaşlığa əsaslanan siyasət yürütdüyünü önə çəkdiyini vurğulamaqdır. Çünki regiondakı reallıqlar və indiki dünya düzənində bu problem həll edilmədən tərəqqiyə nail olmaq çətindir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

