YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib
19.03.2024 [11:37]
Martın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında Novruz bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyətinin Başçısının müavini Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov, aparatın əməkdaşları, şəhid ailələrinin üzvləri və qazilər iştirak edib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək partiyanın keçdiyi yoldan danışıb. Qeyd olunub ki, fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində xalqımız Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, YAP-ın Sədri İlham Əliyevə səs verdi. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün ərzində Qarabağı Ermənistanın işğalından azad edərək xalqımızın gözlədiyi Qələbəni əldə etdi. Öz doğma yurd-yuvasından ayrı düşmüş insanlar bu gün evlərinə qayıdırlar. Dövlətimiz keçmiş məcburi köçkünlərin yerləşməsi və firavan həyatı təmin etmək məqsədilə genişmiqyaslı quruculuq işləri aparır.
Qeyd olundu ki, 44 günlük Vətən müharibəsi ölkəmizin suverenliyinin təmin olunması ilə nəticələndi və müasir tariximizdə ilk dəfə olaraq prezident seçkiləri Azərbaycanın bütün ərazisində keçirildi.
Bu gün YAP Qafqazın ən böyük və nüfuzlu siyasi təşkilatıdır və öz sıralarında cəmiyyətin ziyalı təbəqəsini, mütərəqqi gəncləri birləşdirir. YAP-ın ölkədə keçirilən istər parlament, istərsə də prezident seçkilərində qalib gəlməsinin ən başlıca səbəbi Heydər Əliyev ideyasıdır. Bu ideyanın əsası Azərbaycan xalqının rifahının yüksəldilməsi və güclü dövlət qurmaqdan ibarətdir. YAP bundan sonra da cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olaraq qalacaq.
Çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin Başçısının müavini Kəmalə Həşimova tarixi zəfərimizin əldə olunmasında şəhid və qazilərimizin rolunun danılmaz olduğunu, xalqımızın və dövlətimizin heç bir zaman şəhidlərini unutmayacağını, hər zaman onların ailələri və qazilərin diqqətdə saxlanıldığını bildirib
Tədbirdə şəhid anası Mehriban Əmrahova və Səbail rayon Veteranlar birliyinin sədri Fəqan Nəsibzadə çıxış edərək partiyanın qazandığı uğurlardan danışdılar.
Sonra partiyanın qocaman üzvləri, müharibə veteranları çıxış edərək göstərilən dövlət qayğısından söhbət açıblar.
Tədbir mədəni proqramla davam edib.
Xəbər lenti
Hamısına baxSosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20

