Qazaxda Aprel döyüşləri şəhidlərinin xatirəsi anıldı
05.04.2024 [17:49]
05 aprel 2024-cü il tarixdə YAP Qazax rayon təşkilatı Aparatında 2016-cı ildə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan, Böyük Zəfərin başlanğıcı hesab edilən Şanlı Aprel döyüşlərinin 8-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdən əvvəl YAP Qazax rayon təşkilatının Aparat işçiləri və fəalları 2016-cı il Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlmiş Qazax rayonunun 3 nəfər igid oğlunun - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlunun, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlunun və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlunun uyuduğu qəbristanlıqlara baş çəkdilər, qəhrəman oğullarımızın qəbirlərini ziyarət edərək, məzarları önünə tər qərənfillər düzdülər və onların müqəddəs ruhuna dualar oxundu.
YAP Qazax rayon təşkilatının inzibati binasında keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin və müqəddəs şəhidlərimizn əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ətraflı məlumat verərək qeyd etdi ki, Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini, Qələbə əzmini və tezliklə tarixi ədalətin bərpa olunacağını göstərdi. Bununla da, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının prinsipial, qətiyyətli siyasəti, xüsusi sərkərdəlik qabiliyyəti, beynəlxalq aləmdəki nüfuzu, hörməti sayəsində Qüdrətli Azərbaycan Ordusu ardıcıl qələbələrə imza atdı. Bu qələbəyə xalqımız şəhidlərimizin canı bahasına, qazilərimizin qanı bahasına, qüdrətli Ordumuzun rəşadəti, şücayəti sayəsində nail oldu.
Rayon təşkilatının sədri 8 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən bütün ərazilərimizdə doğma Qarabağımızda, Şuşada, Xankəndidə, Xocalıda, eləcə də digər ərazilərimizdə dalğalanmasından bu gün hər bir azərbaycanlının sonsuz qürur hissi keçirdiyini xüsusi vurğuladı və bildirdi ki, Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu da müqəddəs şəhidlik zirvəsinə yüksəliblər. Öz canları, qanları bahasına şərəfli tarix yazan bu oğullar heç zaman unudulmayacaq və belə qəhrəman oğullarımızın keçdiyi şərəfli döyüş yolu bütün gənclərimizə hər zaman bir örnəkdir. Rayon təşkilatının sədri çıxışının sonunda Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə bundan sonra da ölkəmizin yeni - yeni nailiyyətlər, uğurlar, qələbələr qazanacağına böyük əminliyini bildirdi.
Tədbirdə çıxış edən partiya üzvləri Sevda Həsənova, Polad Ağakişiyev, Fəridə Məmmədova, Günel Sanıyeva, Çingiz Məmmədov canlarını vətən yolunda qurban vermiş igid şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqlardan, onların keçdiyi şərəfli yoldan və Aprel döyüşlərinin Böyük Zəfərin başlanğıcı olmasından bəhs edərək, bütün şəhidlərimizə rəhmət dilədilər.
Xəbər lenti
Hamısına baxDünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22

