Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

18.04.2024 [13:13]

Türkiyə-Azərbaycan Universitetinin tədris binası seçilmək üzrədir. Yaxın günlərdə Türkiyə heyətinin Azərbaycana gəlməsi gözlənilir.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev məlumat verib. O bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin təhsil proqramı və partnyorları məlumdur.

“Müəllim heyəti İstanbul Texniki Universiteti, Orta Doğu Texniki Universiteti və Hacettepe Universitetindən seçiləcək. Onlar Azərbaycana mütəmadi gələcəklər. May ayında universitetlə bağlı daha ətraflı məlumat veriləcək”.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı 2024-cü il fevralın 19-da Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar.

Paylaş:
Baxılıb: 687 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30