Rediküllərin yeni “hədəfi”
27.04.2024 [09:50]
Ölkəmizdəki sayları barmaqla sayılacaq qədər az olan redikül müxalifət düşərgəsinin təmsilçilərinin səsləndirdikləri fikirlər, sərgilədikləri əməllər bir qayda olaraq milli maraqlarımızla üst-üstə düşmür, cəmiyyətin sosial sifarişlərini iqnor edir. Nə vaxt ki, Azərbaycan daxili və xarici siyasətdə uğurlara imza atır, rediküllər sanki qəm dəryasına batırlar, bir-birlərinə qoşularaq respublikamızın beynəlxalq nüfuzuna, ölkədaxili sabitliyə, həmrəyliyimizə hansı yollarlasa xələl gətirməyə hesablanan absurd fikirlər səsləndirirlər və bununla da insanlara mənfi enerji yüklıməyə çalışırlar.
Nüfuzlu reytinq agentlikləri təqdim etdikləri hesabatlarında Azərbaycanın dünya ölkələrinin sıralamasında müxtəlif parametrlər üzrə mövqelərini yaxşılaşdırdığına xüsusi vurğu edirlər. Bu da ölkəmizin beynəlxalq nüfuzunun artmasına öz müsbət təsirini göstərir. Son illərdə dünya ictimaiyyəti respublikamıza artan inamın və rəğbətin ifadəsi olaraq müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi hüququnu Azərbaycana verib. Belə ciddi qərarlar verilərkən, təbii ki, respublikamızın reallıqları, o cümlədən inkişaf dinamikası, sabitlik, şəffaflıq, multikultural mühit göstəriciləri əsas götürülür. Bu sırada biz “Eurovision -2012” mahnı müsabiqəsinin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, “Formula - 1” yarışlarının təşkil olunması üçün ev sahibliyi hüququnun Azərbaycana verilməsini misal göstərə bilərik. Respublikamız isə öz növbəsində beynəlxalq birliyin etimadını böyük məsuliyyət kimi qəbul edir. Belə tədbirlərin keçirilməsində Azərbaycan özünün yüksək standartlarını müəyyənləşdirir. Təsadüfi deyildir ki, ayrı-ayrı beynəlxalq təşkilatlar Azərbaycanın nümunəvi ölkə olduğunu bildirir və Bakıda müəyyənləşdirilən standartları etalon kimi qəbul edirlər.
Belə tədbirlər bir qayda olaraq transmilli mediada geniş işıqlandırılır. Dünyanın nəzərlərinin ölkəmizə dikilməsi son dərəcə qürurvericidir və bunun yaratdığı sevinc hissini təsəvvür etmək çətin deyil. Ağla sığmayan yeganə məqam isə azərbaycanlı soyadını daşıyan AXCP sədri Əli Kərimlinin və onun başına yığdığı dəstənin təmsilçilərinin uğurlarımıza sevinməmələridir. Görəsən, ümummilli səviyyədə uğurlara imza atdığımız zaman əli kərimliləri, gültəkin hacıbəyliləri, cəmil həsənliləri, qənimət zahidləri və rediküllər yığnağında təmsil olunan digərlərini qəm-qüssəyə batıran nədir? Onların dünya miqyaslı tədbirlər ərəfəsində respublikamızda qarışıqlıq yaratmaq, sabitliyi pozmaq cəhdləri yaddaşlarda acı xatirələr kimi qalıb. Biz həm də onu yada salırıq ki, qeyd olunan hadisələr zamanı ermənilər və xaricdəki Azərbaycanafob dairələr də fəallaşmışdılar. Eyni qarayaxmaların, cəfəng iddiaların həm Avropadakı bəlli mərkəzlərdə, həm də redikül müxalifət düşərgəsində sixron şəkildə səslənməsi o qənaəti yaradırdı ki, bu hərəkətlənmələr vahid bir ssenari ilə idarə olunur. Sonradan aşkarlanan faktlar “Beşinci kolon” təmsilçilərinin maskasını cırdı. Bununla da bəlli oldu ki, rediküllər Avropa dairələrindən aldıqları anti-Azərbaycan tezislərini özlərinin əsas fəaliyyət istiqamətləri qismində qəbul edirlər.
Hazırda isə istər ölkə daxilindəki rediküllər, istərsə də xaricdə məskunlaşmış antimilli ünsürlər Azərbaycanın COP29-a ev sahibliyi etməsini hədəf seçiblər. Onlar ölkəmizə qarşı növbəti “qara piar” kampaniyasına start veriblər. COP29 BMT-nin çox mühüm tədbirlərindən biridir. Burada kəskin iqlim dəyişmələri fonunda yarana qlobal çağırışlar müzakirə olunacaq. Respublikamıza dünyanın dörd bir tərəfindən on minlərlə qonağın gəlməsi gözlənilir. Ölkəmiz belə bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi hüququnu Şərqi Avropa qrupunnun namizədi qismində əldə edib. Qərar verilərkən ölkəmizin müsbət reallıqları, enerji transformasiyası istiqamətindəki fəaliyyətləri, 2050-ci ilədək olan dövr üçün müəyyənləşdirdiyi “sıfır emissiya” hədəfi və digər mühüm amillər əsas götürülüb. Hazırda respublikamızın müvafiq qurumları çox ciddi hazırlıqlar həyata keçirirlər. Belə bir məsuliyyətli dönəmdə rediküllərin məsuliyyətsizcəsinə “COP29-dan əvvəl siyasi mühitin ekologiyası təmizlənməlidir” kimi mücərrəd və heç bir məntiqi əsası olmayan iddialar səsləndirmələri ancaq düşmənlərimizin dəyirmanına su tökmək anlamında qəbul edilə bilər. O nəticə hasil olur ki, rediküllər bunu da özlərinə rəva görürlər...
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20

