Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Bakı görüşü keçirilir

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Bakı görüşü keçirilir

01.05.2024 [14:20]

Azərbaycanın paytaxtında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Bakı görüşü keçirilir.

Tədbirdə 30-dan çox ölkədən dini liderlər iştirak edirlər.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos çıxış edəcəklər.

Bakı görüşü öz işini “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda plenar iclasla davam etdirəcək. Sessiyanın təşkilatçıları Qafqaz Müsəlmanları İdarəsi, BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-dur.

Xatrırladaq ki, mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.

Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.

Paylaş:
Baxılıb: 738 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30