Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

03.05.2024 [12:05]

Azərbaycan minadan əziyyət çəkən ölkələrdəndir. Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur. 

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbirdə söyləyib. 

Azərbaycanın minaların təmizlənməsi prosesində böyük dəstəyə ehtiyac duyduğunu qeyd edən Prezidentin köməkçisi bu məsələnin Avropanın təhlükəsizliyi üçün də vacib olduğunu vurğulayıb. 

Hikmət Hacıyev qeyd edib ki, Qoşulmama Hərəkatı çərçivəsində minalardan əziyyət çəkən ölkələrin qrupu yaradılıb və Azərbaycan da bu qrupa daxildir. 

Avropa Komandasının mina əleyhinə təşəbbüsünün əhəmiyyətindən danışan Prezidentin köməkçisi Avropa İttifaqının (Aİ) ölkəmizə dəstəyini yüksək qiymətləndirib. O, Aİ-nin yardımın əlaqələndirilməsi və praktiki surətdə həyata keçirilməsi üçün məsləhətləşmələrin vacibliyini vurğulayıb. 

“Avropa İttifaqının bu təşəbbüsünün Azərbaycanla Aİ arasında əlaqələrə və ölkəmizin minalarla bağlı apardığı fəaliyyətə töhfə verəcəyinə inanırıq”, - deyə Hikmət Hacıyev əlavə edib.

Paylaş:
Baxılıb: 742 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30