Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “AZERCELL CUP 2024” müsabiqəsinə start verilir!

“AZERCELL CUP 2024” müsabiqəsinə start verilir!

14.05.2024 [17:47]

Lider mobil operator 6-7-ci sinif şagirdlərini İnformatika və Proqramlaşdırma Müsabiqəsində iştirak etməyə dəvət edir 

“Azercell Telekom” Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində növbəti “AZERCELL CUP” müsabiqəsini elan edir. Məktəblilərin informatika və kompüter elmləri sahəsində inkişafının dəstəklənməsi məqsədi daşıyan müsabiqədə 6-7-ci sinif şagirdləri iştirak edəcək. 

Müsabiqəyə qeydiyyat https://azercellcup.orgsaytı üzərindən 15-19 may tarixlərində təşkil olunacaq. Üç mərhələdən ibarət müsabiqənin birinci turu 20 may saat 10:00-18:00 arasında keçiriləcək.

Şagirdlərin yarış mühiti ilə tanışlığını təmin etmək üçün 15-19 may tarixlərində əvvəlki illərin sualları əsasında sınaq imtahanı keçiriləcək. Qeydiyyatdan keçənlər sınaq imtahanında iştirak edə bilərlər. Sınaq imtahanının nəticəsi əsas yarışa təsir etmir, sadəcə təcrübə toplamaq məqsədi ilə təşkil edilir. 

Müsabiqədə 2000 şagirdin iştirakı nəzərdə tutulub. Yarışın sonunda 24 nəfər qalib elan ediləcək. Qaliblər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə cəlb olunacaqlar.

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 70 medal qazanıblar.

Rəqəmsal gələcəyi birlikdə proqramlaşdıraq!

Paylaş:
Baxılıb: 743 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30