/ / Nüsrət Süleymanov: İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik
Nüsrət Süleymanov: İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik
31.05.2024 [19:40]
Minatəmizləmə sahəsində böyük təcrübə qazanan və onu artırmaqda davam edən Azərbaycan bu təcrübəni eyni problemdən əziyyət çəkən digər ölkələrlə bölüşməyə hazırdır. Həmin bilik və təcrübəni əldə etmək bizə baha başa gəlib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Nüsrət Süleymanov “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransının yekununda çıxışı zamanı deyib.
Mina və partlamamış hərbi sursatların (PHS) ölümcül fəsadlarına toxunan Prezident Administrasiyasının nümayəndəsi bildirib: “Minalar və partlamamış hərbi sursatlar milliyyətindən asılı olmayaraq insanların həyatlarına son qoyur. Biz əbəs yerə onları ölüm toxumları adlandırmırıq. Onlar həm insanları, həm də planetimizi öldürür. Bu su, hava və torpaq üçün, eləcə də həyatlarımız üçün ciddi təhdiddir. Dünyada konfliktlərin artdığı bir vaxtda biz müharibələrin fəsadlarına qarşı birlikdə mübarizə aparmalıyıq. Həmin fəsadlardan ən dəhşətlisi minalar və partlamamış hərbi sursatlardır. Bu konfransda təmsil olunan ölkələrin xalqları bu dəhşətli reallığı yaxşı bilir”.
Azərbaycanın bu il ev sahibliyi edəcəyi COP29-da da bu məsələnin diqqət mərkəzində saxlanılacağını vurğulayan Nüsrət Süleymanov qeyd edib: “Məlumdur ki, bu il Azərbaycanda COP29 konfransı keçiriləcək. COP29-a ev sahibliyi edən ölkə kimi biz bu konfransda iqlim dəyişikliyi məsələsi ilə yanaşı, mina problemini də qaldırmağı özümüzə borc bilirik. İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik. Nyu-Yorkda keçiriləcək Gələcəyin Sammitini, Misirdə baş tutacaq Ümumdünya Şəhərsalma Forumunu (WUF12) və Bakının ev sahibliyi edəcəyi COP29 tədbirini səbirsizliklə gözlədiyimiz bir vaxtda bu iki çağırış arasındakı qarşılıqlı əlaqəyə diqqət çəkərək onlara qarşı mübarizə aparmaqda qətiyyətliyik”.
III Beynəlxalq Minatəmizləmə Konfransında minaların və partlamamış hərbi sursatların zərərləri və bu bəlaya qarşı uğurlu mübarizənin aparılması baxımından faydalı müzakirələrin aparıldığını qeyd edən Nüsrət Süleymanov bildirib: “Bu konfransın davam etdiyi iki gün bilik və təcrübə mübadiləsi aparmaq baxımından hamımız üçün faydalı keçdi. Konfrans həm bu problemin ciddiliyini qiymətləndirməyimiz, həm də çıxış yolu olduğunu dərk edərək səylərimizi gücləndirmək baxımından gözəl imkan yaratdı. Əminəm ki, gələn il yenidən görüşərək həm özümüz, həm də indiki və gələcək nəsillər üçün planetimizi daha təhlükəsiz və daha yaşıl məkana çevirmək istiqamətində əldə etdiyimiz nailiyyətləri müzakirə edəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19

