Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində ekoloji dayanıqlılıq diqqət mərkəzindədir
12.06.2024 [10:52]
Bu gün Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) təşkilatçılığı ilə CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammiti işə başlayıb. Həmçinin bu həftənin sonunda təşkilatın 28-ci İllik Ümumi İclası (AGM) keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iyunun 13-dək davam edəcək tədbirdə hava hərəkətinin təşkili sahəsində dünya liderləri və CANSO-nun (Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı) üzvləri təşkilatın gələcəyi üçün əsas məsələlərin müzakirəsində və vacib qərarların qəbul edilməsində iştirak edəcəklər.
Builki tədbirin mövzusu ekoloji dayanıqlılıq, xüsusilə iqlim dəyişikliyi ilə mübarizədir. İştirakçılar karbon emissiyalarının azaldılması, qabaqcıl texnologiyaların tətbiqi, ekoloji cəhətdən daha təmiz uçuşlara nail olmaq üçün hava hərəkətinin idarə edilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Sammitin açılış mərasimində CANSO-nun baş direktoru Saymon Hokkard, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, həmçinin videomüraciət formatında Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) prezidenti Salvatore Şakkitano çıxış ediblər.
“Azərbaycanda bir araya gəlməyimiz bizə iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün qlobal əməkdaşlığın və birgə fəaliyyətin vacibliyini xatırladır. Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində mühüm addımlar atıb. Bu mühüm müzakirəni burada, Bakıda apararaq biz gələcək nəsillər üçün planetimizin ekosisteminin qorunması məqsədilə bütün sənaye və ölkələrin birgə səylərinin zəruriliyini dərk edirik”, - deyə CANSO-nun baş direktoru Saymon Hokkard açılış mərasimində bildirib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib: “Ümumdünya Aeronaviqasiya Sammiti 2024" və CANSO-nun 28-ci İllik Ümumi İclasına ev sahibliyi etmək Azərbaycanın aviasiya sektorunda artan təsirini və liderliyini göstərir. Eyni zamanda, bizim innovasiyalara, mükəmməlliyə və beynəlxalq aviasiya təşkilatlarında fəal iştiraka sadiqliyimizi əks etdirir. CANSO rəhbərliyinə bizə etimad göstərdiyinə görə minnətdarlığımızı bildirmək istəyirəm”.
“Gəlin, bu tədbirdən fikir mübadiləsi aparmaq, ən yaxşı təcrübələri bölüşmək və yeni əməkdaşlıqlar qurmaq üçün platforma kimi istifadə edək. Bir araya gələrək bu sahə qlobal qaz emissiyaları məsələsini həll edə və ümumi iqlim hədəflərimizə əhəmiyyətli dərəcədə töhfə verə bilər”, - deyə ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev bildirib.
Tıdbir digər çıxışlarla davam edib.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyinə və xidmətinə cavabdeh olan qurumdur. AZANS bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verir. Hazırda AZANS Azərbaycanın hava məkanında hər ay orta hesabla 18 min tranzit uçuşa xidmət göstərir ki, bu da ölkəmizin hava məkanını xarici aviaşirkətlər üçün daha da cəlbedici edir.
Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı - CANSO hava məkanının idarə edilməsində qlobal səsdir və onun gələcəyini formalaşdırır. CANSO-nun üzvləri dünya hava trafikinin təxminən 90 faizini əhatə edir və aeronaviqasiya xidməti təminatçıları, hava məkanı istifadəçiləri və operatorları, aviasiya texnikası istehsalçıları və təchizatçılarını özündə birləşdirir. CANSO dünya miqyasında hava hərəkətinin idarəolunma səviyyəsini yüksəltmək üçün sənayenin nümayəndələrini bilik, təcrübə və innovasiya mübadiləsi məqsədilə bir araya gətirir.
Xəbər lenti
Hamısına baxHadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27

