Hindular necə təslim oldular
12.06.2024 [11:19]
İngilislər Amerika qitəsini işğal etdikdən sonra yerli xalqları zorla özlərinə tabe etməyə, onların torpaqlarını və sərvətlərini yağmalamağa başladılar. Yerli əhali ilə son dərəcə amansız rəftar olunurdu. Hindular sayca çox olsalar da, cəbbəxanalarında odlu silah olmadığına, ən əsası, birləşə bilmədiklərinə görə uduzurdular.
Şimali Amerikada ingilislərin Virciniya, Merilend, Şimali və Cənubi Karolina, Corciya adlı koloniyaları yaradıldı. Hindulardan zor və hiylə yolu ilə alınmış torpaqlar hesabına Atlantik okeanı sahillərində 13 ingilis koloniyası salındı.
XVII əsrdə ingilis-hindu müharibələri nəticəsində hinduların bir qismi fiziki cəhətdən məhv edildi, soyqırımına məruz qaldı, digər qismi isə Qərbə tərəf sıxışdırıldı. Hindu qırğınları tarixdə avropalılar tərəfindən törədilmiş ən dəhşətli soyqırımlarından biridir.
XVII əsrdə Amerikaya köçən avropalıların çoxu ingilislər olsa da, bəzi koloniyalarda hollandlar, isveçlilər, almanlar da məskunlaşmışdı.
Avropalı işğalçılara qarşı mübarizə aparan hindu tayfalarının, demək olar ki, hamısı son nəticədə məğlub oldu. Cəsur hindular müasir texnika qarşısında yenilsələr də, düşmənə qarşı son nəfəsinə qədər dirənənlər də çox oldu. Bu yazıda real şəxsiyyətlər olan döyüşkən tayfa başçılarından bir neçəsi barədə söz açacağıq.
Tekumze, İti Burun, Filipp, Pontiak, Qara Quzğun, Qarğıdalıçı və başqaları kimi liderlər öz adını qızıl qanı ilə tarixə yazanlardır. Bu şəxslər əsrlər boyu davam edən Amerika-Hindu müharibələri zamanı öz cəsurluqlarına görə məşhurlaşıblar. Təslim olmayan tayfa liderləri ya döyüşlərdə öldürülür, ya da əsir götürülərək edam edilirdi.
Beləliklə, bütün müharibələrdə olduğu kimi sonda həmişə sülh gəlir. 19-cu əsrin sonunda yerli amerikalılar avropalıların işğalına qarşı müqaviməti tədricən səngitdilər, onların mübarizəsi yerini narahat sülhə verdi.
Bəs sonda təslim olub məcburi sülh müqaviləsi bağlayan tayfa başçılarının axırı necə oldu?
Nizənin tüfəngə uduzması
Ağ dərili işğalçılarla vuruşması ilə tanınan Koçiz (1805-1874), dalana dirəndikdən sonra 1872-ci ildə danışıqlara getməyə məcbur oldu. O, sonradan rezervasiyaya (təslim olan hindu rəhbərləri üçün xüsusi düşərgə) göndərildi və iki ildən sonra orada vəfat etdi. Onun dağlıq ərazidəki məzarını etibarlı yoldaşları gizli saxlayıblar. Döyüş şücaətləri və əsirlikdən qaçıb qurtulması ilə şöhrət tapan Yağış Üzlü (1835-1905) həlledici atışmaların birində general Kasterin kiçik qardaşının ürəyini çıxarması ilə əfsanələşmişdi. O, 1880-ci ilə qədər Kanadaya sığınmış, sonra ABŞ-a qayıdaraq ölənə qədər rezervasiyada yaşamışdı.
Ən cəsur tayfa liderlərindən olan Qırmızı Bulud (1822-1909) ağlarla sonuncu döyüşə girməkdən imtina etmiş, öz şərtlərini irəli sürməklə bir neçə sülh müqaviləsi bağlamışdı. O da ömrünün son illərini rezervasiyada yaşamış, orada da vəfat etmişdi. Qırmızı Buludun son sözləri Vaşinqtonun siyasətinə qarşı itaətsizlik və nifrətlə dolu idi.
Həm hərbi istedadı, həm də diplomatik qabiliyyəti ilə tanınan Xallı Əlik (1826-1890) 1890-cı ildə Yaralı Diz soyqırımında qətlə yetirilib. Faciədən az əvvəl ağlara təslim olan Xallı Əlik qəbiləsinin döyüşdən imtina etdiyini elan etsə də, ingilislər onu və tayfasını yer üzündən sildilər. Döyüşlərdə fiziki şücaəti və cəsarətinə görə xüsusi hörmət qazanan Toxunan Bulud (1838-1905) da son müharibə zamanı avropalı istilaçılara təslim olan başçılardan biri idi. O, ömrünün sonlarında xristianlığı qəbul etmiş, 1905-ci ildə rezervasiyada ölmüşdü.
Hindunun şərəfi
Amerika tarixinin ən əfsanəvi liderlərindən olan Ceronimo (1829-1909) barışmaz rəqib, yenilməz döyüşçü idi. Nüfuzlu bir apaçi şefi kimi o, həm amerikalıların, həm də meksikalıların qorxulu yuxusu sayılırdı. Heç vaxt ələ keçməyən cəsur dəstə başçısı, nəhayət, 1886-cı ildə təslim olmaq məcburiyyətində qaldı. O, həyatının qalan hissəsini əsirlikdə keçirməyə məhkum olundu. Ceronimonu antikvar əşya kimi müxtəlif tədbirlərdə, yarmarkalarda nümayiş etdirirdilər. O, hindu simvolları və aksessuarları düzəldir, onları istəyənlərin geyimlərinə, papaqlarına bəzək kimi əlavə edirdi. Bu bacarığı sayəsində yarmarka iştirakçılarının səbirsizliklə gözlədiyi qiymətli “Ceronimo” günləri meydana gəldi. Fotoqraflar onun müxtəlif geyimlərdə şəkillərini çəkir, qəzetlər Ceronimonu qeyri-adi insan kimi təqdim edirdilər.
Ömrü boyu nəzarət altında olmasına baxmayaraq, Ceronimo imkan daxilində azadlığını təmin etməyə çalışırdı. Hətta bəzi hallarda buna nail olurdu da.
Yaşlı vaxtında ağ ciyər iltihabı onun ölümünü sürətləndirdi. Deyilənə görə, o, ömrünün son saatlarında təslim olmaq qərarından peşmanlığını dilə gətirmiş, ingilislərlə mübarizədən imtina etdiyinə görə özünü bağışlaya bilmədiyini demişdi.
Qorxmazlığı ilə tanınan Dəli At (1840-1877) tayfasına müxtəlif dərəcəli uğurlar qazandıran çoxsaylı müharibələr aparıb. Onun hərbi nailiyyətlərini təbiətcə riski sevməsi ilə əlaqələndirirlər. Dəli At əla döyüşçü olmaqdan əlavə həm də ruhani lider kimi böyük nüfuza malik idi. O, istilaçı ağlar üçün böyük təhlükə yaradırdı. Münaqişəni davam etdirməyin mənasız olduğunu anlayan tayfa başçısı, nəhayət, 1877-ci ildə üzvləri getdikcə azalan qəbiləsini qorumaq üçün təslim olur. Bir müddət sonra əsirlikdən qaçmaq istəyən Dəli Atı keşikçilər yaxalayır və bıçaqlayıb öldürürlər.
Kapitan Cek (1837-1873) kimi tanınan Kintpuaş danışıqlar zamanı işğalçı ingilis nümayəndələrin qətli ilə nəticələnən amansız mübarizəsinə görə şöhrət qazanıb. Kintpuaş cinayətlərinə görə ingilislər tərəfindən mühakimə edilmiş və onun asılmasına qərar verilmişdi. O, edam edilməzdən öncə adını tarixə yazdıran bir sıra geyimləri nümayiş etdirməklə qeyri-adi fotosessiya çəkdirmişdi.
Ovçuluq məharəti ilə seçilən Tək Buynuz (1790-1877) qocalığı ilə əlaqədar müharibədən çəkilmiş və dinc həyatda dünyasını dəyişmişdi. Onun oğlu Spotted Elk sülhə sadiq qalacağını bildirsə də, öldürülmüşdü.
Kiçik Bighorn döyüşünün iştirakçısı, Yaralı Diz Soyqırımından sağ çıxan Qara Əlik (1863-1950) Qırmızı Buludun vasitəçiliyi ilə təslim olmuşdu. O, dini ayinlər icra edir, eləcə də təbib kimi xidmət göstərirdi. Onun övladları xristian kimi vəftiz olunsalar da, Qara Əlik ömrünün axırına kimi doğma inancından dönməmişdi.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

