32 ildən sonra Füzuli şəhərində son zəng çalınıb
14.06.2024 [12:23]
İşğaldan azad olunan ərazilərdə bu il daha bir tarixi gün qeyd olunur. İllərdir xarabalığa çevrilən yurd yerlərimizdəki sahibsiz qalan təhsil ocaqları indi yenidən inşa olunub və şagirdlərinə qucaq açıb. Bu il isə həmin təhsil ocaqlarında məzunlar üçün son zəng sədaları eşidilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə də son zəng çalınıb. 465 nəfərin təhsil aldığı məktəbin 8 məzunu var.
Son zəng günündə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb kollektivi və Füzuli şəhər sakinləri iştirak ediblər.
Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb. Sonra məzunların bayraq yürüşü ilə tədbirə start verilib.
Çıxış edənlər məktəb kollektivini təbrik edib, onlara uğurlar arzulayıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu parlaq Qələbə ilə torpaqlarımızı işğaldan azad edib. İşğaldan azad olunan digər rayonlarımız kimi, Qarabağın dilbər guşələrindən olan Füzuli torpaqlarında da ölkə rəhbərinin diqqət və qayğısı sayəsində həyat canlamağa başlayıb. Vurğulanıb ki, həyatın canlandığı Füzulidə təhsil ocaqlarının sayı daha da çoxalacaq.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyevanın açılışını etdikləri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Türk dünyasının qardaşlıq rəmzlərindən biri sayılır.
Çıxışlardan sonra məktəblilərin ifasında musiqilər səsləndirilib, milli geyimdə olan şagirdlərin rəqs nümunələri izlənilib. Məzunlar da öz növbəsində rəqs çıxışları ilə tədbirə rəng qatıblar.
Daha sonra son zəng səsləndirilib, məktəbin rəmzi açarı digər sinif şagirdlərinə təhvil verilib. Son zəng günü bayramında tədbir iştirakçıları yallı rəqsinə qoşulublar.
Füzuli şəhərində sonuncu dəfə 1992-ci ildə son zəng günü qeyd edilib və həmin ildə 1975-ci il təvəllüdlü 60-a yaxın şagird son məzun olub. 1993-cü ildə Füzuli raoyunun ərazisi erməni hərbi birləşmələri tərəfindən mütəmadi olaraq atəşə tutulduğu və işğala məruz qaldığı üçün həmin il rayonda son zəng qeyd edilməyib.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

