/ / "Euronews": Azərbaycanda keçirilən beynəlxalq minatəmizləmə konfransı vahid qlobal tərəfdaşlığa çağırışdır
"Euronews": Azərbaycanda keçirilən beynəlxalq minatəmizləmə konfransı vahid qlobal tərəfdaşlığa çağırışdır
17.06.2024 [22:42]
Azərbaycanda keçirilən beynəlxalq humanitar minatəmizləmə konfransı vahid qlobal tərəfdaşlığa çağırışdır.
"Report" xəbər verir ki, bu barədə “Euronews” telekanalının saytında yerləşdirilən məqalədə bildirilir.
Məlum olduğu kimi, mayın sonunda dünyada minalarla ən çox çirklənmiş 5 ölkədən biri olan Azərbaycanda ANAMA və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilib.
Konfransda 75 ölkədən 300-dən çox nümayəndə humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələr aparılıb.
Məqalədə qeyd edilir ki, xüsusilə silahlı münaqişə vəziyyətlərində minalar və əldəqayırma partlayıcı qurğular insan həyatı üçün təhlükə olmaqda davam edir. Dünyanın 60-dan çox ölkəsində 110 milyon mina ola biləcəyi təxmin edilir və hər il daha 2-5 milyon mina basdırılır.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Euronews"a müsahibəsində deyib: “Azərbaycan bütün dünyada humanitar minatəmizləmə və minalarla mübarizə laboratoriyasıdır. Ölkə xüsusi bilik və təcrübə qazanıb, minatəmizləmə başa çatdıqdan sonra Azərbaycanın dünyada bu cür humanitar layihələrə töhfə vermək imkanı olacaq”.

Yazıda vurğulanır ki, quru minaların iki əsas kateqoriyası var: piyada əleyhinə minalar (ALM) və tank əleyhinə minalar (ATM). Piyada əleyhinə minalar daha kiçikdir, insanları öldürmək və ya yaralamaq üçün nəzərdə tutulub. Onlar daha az, 5-15 kiloqrama qədər təzyiq nəticəsində partlayır. Tank əleyhinə minalar tanklar və zirehli maşınlar kimi nəqliyyat vasitələrini məhv etmək üçün nəzərdə tutulub və partlaması üçün adətən 100 kiloqramdan çox təzyiq tələb olunur.
“Minalar həqiqətən insanlığa qarşı cinayətdir. Okeanda plastik torbanız varsa, 200 ildən sonra yox olacaq. Minalar isə ətraf mühiti çirkləndirməkdə davam edir”, - BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandra Rokkasalvo bildirib.

“Sülhün kökləri” (“Roots of peace”) təşkilatının rəhbəri, “Ümumdünya Ərzaq Mükafatı” laureatı Haydi Kyun "Euronews"a müsahibəsində qeyd edib ki, hər saat bu partlayıcı qurğulardan orta hesabla bir nəfər ölür və ya yaralanır ki, bunların arasında uşaqlar çoxluq təşkil edir:
"Mən dünyanın mina sahələrini gəzmişəm, hər dəfə oraya daxil olanda qan qrupunu soruşurlar. Bu, müəyyənedici məqamdır. Mən dörd uşaq anasıyam və addımlarımı çox ciddi atıram. Bunu etməyə bilərəm ki? Mina partlatmaq üçün 8 funt (3.62 kq-qeyd) ağırlıq lazımdır. Bu, yeni doğulmuş körpənin orta çəkisidir. Ona görə də bir ana və nənə kimi hesab edirəm ki, bu, Qarabağın lap ürəyindən gələn və bütün dünyaya ünvanlanan qlobal fəaliyyət çağırışıdır”.

Məqalədə vurğulanır ki, Afrika minalardan ən çox əziyyət çəkən qitədir, Anqola, Mozambik və Somali vəziyyət çox kritikdir. Ən çox rast gəlinən mina xəsarəti bir və ya bir neçə əzanın itirilməsidir. ABŞ-də amputasiya nisbəti hər 22 min nəfərdən birində, Anqolada isə hər 10 min nəfərdən 30-da qeydə alınır.
“Trotilin çürüməsi torpaq və yeraltı suların çirklənməsinə səbəb olacaq. Bundan əlavə, hər bir mina partlayışından sonra karbon qazı emissiyaları da böyükdür. Belə ki, bir tank əleyhinə mina partladıqdan sonra 29 kq karbon qazı ətrafa yayılır", - Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov söyləyib.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib: “Donor ictimaiyyəti bəzi vəsaitlərin ayrılmasına, xüsusən də bundan daha çox təsirlənən ölkələrə daha çox diqqət yetirməlidir. Qlobal miqyasda bu məsələyə toxunmadan ayrı-ayrı ölkələrdə bununla məşğul olmaq mümkün olmazdı”.

“Azərbaycan 18-ci Dayanıqlı İnkişaf Məqsədi olan humanitar minatəmizləmə proqramını milli səviyyədə təqdim etməklə bu işə öz töhfəsini verib”, - o əlavə edib.
Xəbər lenti
Hamısına baxGündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41

