Dövlət Sərhəd Xidməti kursantlarının andiçmə mərasimi keçirilib
14.10.2024 [12:55]
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında təhsil alan gənc kursantların andiçmə mərasimi kеçirilib.
DSX-nin mətbuat mərkəzindən bildirilib ki, mərasimdə döyüş Bayrağı sıra meydanına gətirilərək Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxış edənlər şanlı tariximizin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, üçrəngli bayrağımızın sərhədlərimiz boyunca dalğalandırıldığını, Vətən müharibəsində DSX-nin qarşısında qoyulan döyüş tapşırıqlarının uğurla icra olunduğunu, sərhədçilərin qəhrəmanlıq və igidlik nümunələri göstərdiklərini vurğulayıblar.
44 günlük haqq savaşında şəhidlik zirvəsinə ucalan qəhrəmanlar sırasında DSX Akademiyasının məzunu olan 4 zabitin “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyü qeyd edilib, bizlərə qələbə sevincini yaşadan şəhidlərimizin fədakarlığının yaddaşlardan heç vaxt silinməyəcəyi qeyd edilib.
Çıxışlarda DSX Akadеmiyasında ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, savadlı, peşəkar kadrların yetişdirilməsində böyük rolu olan, yüksək standartlara cavab verən şəraitin, güclü еlmi-tədris bazasının və yüksək ixtisaslı hərbi-pеdaqoji heyətin olduğu bildirilib, Vətənə, dövlətə sədaqət andı içən gənc kursantların sərhədçi adını şərəflə daşıyacaqlarına, təhsildə və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə edilib.
Gənc kursantlar təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra DSX-nin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılıb.
Kursant İbrahim İbrahimov gənc kursantlar adından çıxış edərək şəhidlərimizin qanı və canı bahasına azad olunmuş torpaqlarımızda şərəflə xidmət edəcəklərinə, üçrəngli bayrağımızın dalğalandığı bütöv Azərbaycanın AZƏhüdudlarında dövlət maraqlarını ən yüksək səviyyədə qoruyacaqlarına söz verib.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 12:45
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41

