Penitensiar xidmətə qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib
27.11.2024 [20:59]
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə islahatları çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, o cümlədən kadr potensialının gücləndirilməsi məqsədilə işlər uğurla davam etdirilir. Ədliyyə naziri Fərid Əhmədovun göstəriş və tapşırıqlarına əsasən kadrlarla işin səmərəli təşkilinə, gənclərin işlə təminatına xüsusi önəm verilir, qulluğa qəbulla bağlı seçim prosesi davamlı müsabiqələr keçirilməklə fasiləsiz aparılır. Bundan irəli gələrək, yaxın zamanda istifadəyə verilmiş yeni müasir penitensiar müəssisələrin fəaliyyətinin təmin edilməsi, eləcə də vakant ştat vahidlərinin layiqli namizədlərlə komplektləşdirilməsi və şəffaflığın təmin olunması üçün Ədliyyə Nazirliyinin Penitensiar xidmətində orta və kiçik rəis heyətlərində hərbi qulluqçu kimi, o cümlədən mülki vəzifələrə qulluğa qəbul həyata keçirilir. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcədən dərc edilmiş elana uyğun olaraq müraciət etmiş, seçim mərhələlərini uğurla keçərək ədliyyə nazirinin əmrinə əsasən 50 nəfər orta rəis heyətinə və 40 nəfər hərbi qulluqçu kimi xidmətə qəbul olunmuş və xüsusi rütbələr verilmiş yeni əməkdaşların noyabrın 27-də Penitensiar xidmətin Baş idarəsində andiçmə mərasimi keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov deyib ki, Xidmətin layiqli kadrlarla komplektləşdirilməsi istiqamətində şəffaflığın təmin olunması hər zaman prioritet istiqamətdir. Bildirilib ki, müraciət edən çoxlu sayda Vətən müharibəsi iştirakçısı, qazi və şəhid ailəsi üzvləri də Penitensiar xidmətdə işlə təmin olunub. Hazırda Xidmətdə ümumilikdə 218 nəfər bu kateqoriyadan olan əməkdaş çalışır.
Çıxış edən gənclər böyük qürur hissi keçirdiklərini bildirib, Ulu Öndər Heydər Əliyevin yüksək amallarına daim sadiq qalaraq, ölkə Prezidentinin rəhbərliyi altında ölkəmizin inkişafı naminə sədaqətlə xidmət edəcəklərini vurğulayıblar. Qeyd ediblər ki, onlara göstərilən etimadı doğrultmaq üçün var qüvvələri ilə çalışaraq ədliyyə işçisi adını daim uca tutacaqlar.
Sonda təntənəli qaydada and içən əməkdaşlara xidməti vəsiqələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19

