/ / Pirallahı rayonunda “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində növbəti ümumrayon tədbiri keçirildi
Pirallahı rayonunda “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində növbəti ümumrayon tədbiri keçirildi
28.11.2024 [14:57]
28 noyabr 2024-cü il tarixdə Pirallahi Rayon icra Hakimiyyəti və “Pirallahı Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin birgə əməkdaşlığı ilə Pirallahı rayon Gənclər Mərkəzində “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində “Yaşıl-dünya-sağlam həyat” başlıqlı ümumrayon tədbiri keçirilmişdir. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayan tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin direktoru Azər Zeynalov, Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, RİH başçısı Aparatının və “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən səhiyyə müəssisələrinin, idarə-müəssisə, təşkilatların rəhbərləri, məktəbəqədər, məktəbdənkənar və tam orta təhsil müəssisələrinin kollektivləri, Qeyri-Hökümət Təşkilatlarının nümayəndələri iştirak etdilər. Tədbirdə iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərini əks etdirən video-çarx nümayiş etdirildi.
Tədbiri başçının birinci müavini Vəzir Səfixanov giriş nitqi ilə açaraq iqlim dəyişikliyinin yalnız ekosistemi deyil, həm də insanların sağlamlığını təhdid edən ciddi bir problem olduğunu vurğuladı. Bildirildi ki, iqlim dəyişikliyi, atmosferdəki qazların artması, təbii resursların tükənməsi və ekosistemlərin pozulması kimi bir çox amilin nəticəsidir. Bu səbəbdən, iqlim dəyişikliklərinin insanların fiziki və zehni sağlamlığına necə təsir etdiyini dərindən başa düşmək vacibdir. Natiq, ölkəmizdə yaxın günlərdə uğurla keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından bəhs edərək ölkəmizin COP29 kimi dünyanın mühüm tədbirlərindən birinə ev sahibliyi etməklə növbəti dəfə adını beynəlxalq aləmdə yaxşı mənada hallandırdığını vurğuladı. O da qeyd edildi ki, belə mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin müdrik rəhbərliyi və Azərbaycana olan beynəlxalq etimadın təzahürüdür. Prezident İlham Əliyevin bu möhtəşəm tədbirin uğurla təşkil olunmasında göstərdiyi liderlik, ölkəmizin beynəlxalq arenada mövqeyinin daha da möhkəmlənməsinə və qlobal iqlim müzakirələrində Azərbaycanın aparıcı rolunun güclənməsinə böyük töhfə vermişdir. V.Səfixanov nitqinin sonunda “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində rayonumuzda görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
Daha sonra çıxış edən “Pirallahı Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Azər Zeynalov il ərzində müəssisə tərəfindən görülən işlər barədə məlumat verdi. Qeyd edildi ki, müvafiq dövr ərzində bir çox ağacəkmə aksiyaları keçirilmiş, idman yarışları, maarifləndirici aksiyalar təşkil olunmuşdur. O da vurğulandı ki, tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulmuşdur.
Yekun olaraq, Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzində direktor vəzifəsini müvəqqəti icra edən Aynur Nabatova çıxış edərək, iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərinin geniş və mürəkkəb bir mövzu olduğunu və bunun, fiziki, psixoloji və sosial sağlamlığa ciddi təsir göstərə biləcəyini vurğuladı. Qeyd edildi ki, iqlim dəyişikliyi ilə bağlı baş verən temperatur artımları, ekstremal hava hadisələrinin artması insanların fiziki sağlamlığına mənfi təsir göstərir. Temperaturun artması ilə əlaqəli olaraq istilik vurması, dəhşətli isti hava dalğaları xüsusilə yaşlılar, uşaqlar və ürək-damar xəstəlikləri olan şəxslər üçün təhlükəli ola bilər. Həmçinin, yüksək temperatur infeksiyaların yayılmasını da təşviq edir. Həddən artıq isti hava insanın immun sistemini zəiflədir və bu da müxtəlif infeksiyaların artmasına səbəb ola bilər. Eyni zamanda, hava çirkliliyinin artması ilə əlaqəli olaraq, tənəffüs xəstəliklərinin yayılması da müşahidə edilir. Bu xüsusilə şəhər ərazilərində, avtomobil və sənaye tullantılarının havada yüksək səviyyədə olduğu yerlərdə daha çox nəzərə çarpır.
Çıxışların yekunlaşmasından sonra tədbir xatirə şəklinin çəkdirilməsi ilə sona çatdı.
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

