Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Jurnalist Rəşad Baxşəliyev vəfat edib

Jurnalist Rəşad Baxşəliyev vəfat edib

27.03.2026 [11:44]

"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsi iştirakçısı, tanınmış jurnalist Rəşad Baxşəliyev 48 yaşında vəfat edib.

APA xəbər verir ki, R.Baxşəliyev ötən il ağır ürək əməliyyatı keçirib. Ölümünə də ürək tutmasının səbəb olduğu bildirilir.

Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi.

R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir neçə medalla təltif olunub.

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31