“Şuşa İli” – güclü Azərbaycan naminə yeni hədəflərə doğru
07.01.2022 [11:48]
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində çox mühüm məqamlara toxundu, ötən il qazanılan nailiyyətlərə diqqət yetirdi, gələcək hədəflərlə əlaqədar vacib mesajlar verdi. Dövlət başçısı il ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdığımızı, Azərbaycanın uğurla inkişaf etdiyini inamla ifadə etdi.
Həqiqətən də, 2021-ci ildə iqtisadi inkişafın sürətləndirilməsi, Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi, tarixi Qələbinin diplomatik müstəvidə möhkəmləndirilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması istiqamətində çox mühüm işlər görülüb. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar konseptual xarakterli, sistemli tədbirlər uğurla davam etdirilib. Dövlət başçısının Azərbaycanın bölgələrinə səfərləri 2021-ci ildə də müntəzəm xarakter daşıyıb. Xüsusilə də, Azərbaycan Prezidentinin regionlara 47 səfərindən 32-si işğaldan azad olunmuş ərazilərə edilib. Bu, qalib Azərbaycanın qüdrətli Liderinin – yenilməz Sərkərdə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər yürüşünün davam etdiyini, Böyük Qayıdışın qısa müddət və yüksək səviyyədə təmin olunacağını deməyə əsas verir.
Regionların inkişafında yeni model - yeni mərhələ
Bu kontekstdə əsas məsələlərdən biri isə yeni regional idarəetmə mexanizminin yaradılmasıdır. Məlum olduğu kimi, ötən il Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzaladı. Bu, həm sosial-iqtisadi, həm tarixi-siyasi, həm də strateji cəhətdən çox mühüm əhəmiyyətə malikdir. Bu addımın iqtisadi və regional inkişaf kontekstində əhəmiyyətinə keçməmişdən əvvəl qeyd edim ki, yeni bölgüyə əsasən 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması Azərbaycanın möhtəşəm tarixi Qələbə nəticəsində yaratdığı reallıqların ifadəsidir. Yeni təsnifat Azərbaycan iqtisadiyyatının tamlığının bərpası və funksionallığının artırılması baxımından əhəmiyyətli olmaqla yanaşı, bütün resurslardan dinamik inkişafı təmin etmək üçün səmərəli istifadə olunmasına mühüm imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərimiz zəngin iqtisadi potensiala malikdir, təbii sərvətləri və geniş turizm imkanları ilə fərqlənir. Ona görə də bu resurslardan istifadə etməklə regional inkişafın yeni mərhələsinin əsasını qoymaq mümkündür. Paralel olaraq Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi bölgələrin yeni mexanizm əsasında idarə olunması üçün cəlbedici modelin yaradılması baxımından diqqəti cəlb edir. Bu, eyni zamanda, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı gələcək üçün yeni nümunələrin formalaşmasına imkan verəcək.
“Şuşa İli” yeni və daha möhtəşəm uğurlar vəd edir
Bunlarla yanaşı, Prezident İlham Əliyevin bəhs olunan müraciətində 1752-ci ildə Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa şəhərinin 270 illiyinin qeyd ediləcəyini bildirməsi, bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə 2022-ci ili “Şuşa İli” elan etməsi böyük tarixi hadisədir. Bu, həm mədəni-mənəvi, həm də siyasi əhəmiyyətə malikdir. Dövlət başçısı təkcə Şuşada bərpa-quruculuq işlərinin həyata keçirilməsini xüsusi diqqət mərkəzində saxlamır, eyni zamanda, tarixi-mədəni irsin bərpasına, qorunmasına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti ötən il ərzində Şuşa şəhərinə 7 dəfə səfər edib. Müzəffər Ali Baş Komandanımız bəhs olunan müraciəti zamanı “Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq”,-deyə vurğulayıb. Qısa müddətdə Şuşanın Baş planı hazırlanıb, qüdrətli şair Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin görkəminə qaytarılıb, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları olub, tarixi, dini və memarlıq abidələri, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili bərpa edilib. 2022-ci ilin “Şuşa İli” elan edilməsi isə qarşıdakı dönəmdə Azərbaycan naminə daha böyük işlərin görüləcəyini deməyə əsas verir - əminlik yaradır.
Bütövlükdə, qalib və qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru əmin addımlarla irəliləyir. “Şuşa İli” isə ölkəmiz üçün siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə, eləcə də diplomatiya müstəvisində mühüm – yeni və daha möhtəşəm uğurlar vəd edir.
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54

