Şərəf və qürur günümüz, qan yaddaşımız
19.01.2022 [16:16]
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Zəngin dövlətçilik tarixinə, bənzərsiz - unikal milli-mədəni irsə malik olan Azərbaycan xalqı müxtəlif dövrlərdə bir çox mürəkkəb hadisə və proseslərlə üzləşib. Xalqımız ən ağır sınaqlardan belə öz iradəsi və gücü əsasında şərəflə, ləyaqətlə və müvəffəqiyyətlə çıxmağı bacarıb, tarix yazaraq bəşəriyyətin tarixi yaddaşına əbədi həkk olunub. Belə hadisələrdən biri də milli qan yaddaşımızın tərkib hissəsi olan 20 Yanvar faciəsidir.
Xalqımıza qarşı qanlı və qəddar cinayət
Şübhəsiz ki, 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı və qəddar cinayətlərdən biridir. Bu olayları araşdıran tarixçi-alimlər, hüquqşünaslar və sosioloqlar qeyd edirlər ki, 20 Yanvar faciəsi həm xalqın milli-mədəni və mənəvi yaddaşını hədəfə alan cinayətkar siyasət, həm də beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır. Hadisələrin miqyası və mahiyyəti də elə bu reallığı təsdiq edir. Keçmiş sovet ordusu tərəfindən törədilən bu qanlı aksiyalar nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər isə həbs olunmuşdur. Məqsəd bəlli idi - öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inamını qırmaq - iradəsini sındırmaq, eləcə də qürub çağı yaşayan, dağılmağa məhkum və düçar olmuş SSRİ hərb maşınının gücünü nümayiş etdirmək. Beləliklə, “xalqlar dostluğu” pərdəsi arxasında mənfur siyasət yeridən SSRİ rəhbərliyi bu faciəni törətməklə imperiya mahiyyətini növbəti dəfə ortaya qoydu.
Xalqa xəyanət – laqeydlik, mənəviyyatsızlıq və siyasi əxlaqsızlıq
Çox təəssüflər olsun ki, o zaman Azərbaycana “rəhbərlik edən” qüvvələr də xəyanətkar, antimilli mövqeləri ilə xalqımıza ciddi ziyan – zərər vermiş oldular. İlk növbədə, onlar bu faciəyə biganə qalmaqla, hadisələrin mahiyyətini gizlətməyə çalışmaqla xalqa xəyanət etdilər. İkincisi, faciə qurbanlarına qarşı böyük hörmətsizlik nümayiş etdirilməsi təkcə siyasi əxlaqsızlıq deyil, həm də mənəviyyatsızlıq idi. Belə ki, xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də 20 Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərləri gəlmədilər. O vaxt respublika rəhbərliyi hətta şəhidlərin - 20 Yanvar qurbanlarının dəfn mərasiminə gəlməyi belə lazım bilmədi. Xəyanətin və antimilli mövqeyin xronikası bununla bitmir. Özlərini “xalq hərəkatının öndərləri” kimi təqdim etməyə çalışan Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri də biganə və sayğısız münasibətlə fərqləndilər. Onlar hakimiyyətdə olmalarına rəğmən, 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət vermədilər, heç belə bir təşəbbüs və təkliflə çıxış etmədilər. Adında “xalq” sözünü daşıyan bir siyası düşərgənin xalqın faciəsinə biganə qalması, yumşaq desək, qəbuledilməz idi!
Heydər Əliyev fenomeni – Lider daim xalqın yanında
Həm şərəf və qürur təqvimimiz, həm də qan yaddaşımız olan 20 Yanvar hadisələri bir daha xalqımız üçün tarixi – taleyüklü anlarda liderin məsuliyyəti öz üzərinə götürməsi nümunəsini əks etdirdi. Bu, Heydər Əliyevin timsalında və nümunəsində əks olunan reallıq idi. Hadisədən dərhal – 1 gün sonra Heydər Əliyev öz canı bahasına – həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getdi, xalqımızın haqq səsini ucaldaraq qətiyyətli mövqe ifadə etdi, qanlı faciənin təşkilatçılarını şiddətlə qınadı. Onun səsləndirdiyi fikirlər həm də SSRİ hakimiyyətininin dünya ictimaiyyəti qarşısında ifşası idi. Müdrik dövlət xadimi günahkarların cəzalandırılmasını tələb etməklə Azərbaycan xalqının iradəsini birmənalı və konkret şəkildə ortaya qoydu. Ulu Öndər daha sonra – həm Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olarkən, həm də xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə gəldikdən sonra da bu məsələləri daim diqqət mərkəzində saxladı. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. 1994-cü il mart ayının 29-da ölkə parlamenti tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Beləliklə, 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.
Şəhidlərin ruhuna, əziz xatirəsinə böyük ehtiram və hörmət nümunəsi
20 Yanvar faciəsi unudulmur, cəmiyyət və dövlət tərəfindən şəhidlərin ruhuna, əziz xatirəsinə böyük ehtiram və hörmət göstərilir. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla, bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir, əlillərin sağlamlıqlarının bərpası istiqamətində daimi işlər görülür.
Xalqımız mübarizliyini və sarsılmaz iradəsini bir daha dünyaya nümayiş etdirdi
Ən mühüm məsələlərdən biri budur ki, Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü döyüş meydanında göstərməklə bir daha mübarizliyini və iradəsini, sarsılmaz xalq olduğunu dünyaya nümayiş etdirdi. Növbəti dəfə sübut olundu ki, Azərbaycan xalqı yenilməz – məğlubedilməzdir, lider-xalq birliyi, milli həmrəylik Azərbaycanın ən böyük üstünlüyü, uğur formulu və tükənməz sərvəti, qüdrətidir!
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57

