Ədliyyə Nazirliyində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlər keçirilib
26.02.2022 [20:08]
XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımından 30 il ötür. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən xüsusi Sərəncam imzalanıb, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilib. Yürüş iştirakçıları, o cümlədən ədliyyə işçiləri Xətai rayonunda ucaldılan Xocalı abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, faciədə həlak olan soydaşlarımızın əziz xatirəsini dərin hüznlə yad ediblər.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirlikdə və struktur qurumlarda keçirilən anım tədbirlərində Xocalı soyqırımının beynəlxalq hüquqa görə sülh və bəşəriyyət əleyhinə əməl olduğu və ən ağır beynəlxalq cinayət sayıldığı bildirilib. Bu dəhşətli qətliamın Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğu vurğulanıb.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi dövründə də mülki əhalimizə qarşı ballistik və reaktiv raketlər, kasetli bombalardan istifadə etməklə qanlı cinayətlər törətməsi Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir.
Tədbirlərdə Vətən müharibəsində Müzəffər Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın parlaq Qələbəsi nəticəsində torpaqlarımızın 30 illik işğaldan azad olunaraq tarixi ədalətin zəfər çaldığı, şəhidlərimizin, günahsız insanların, o cümlədən Xocalı qurbanlarının qanının yerdə qalmadığı vurğulanıb.
Bəşəriyyətə, insanlığa qarşı törədilmiş bu qanlı cinayətə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyi, dövlətimizin başçısı İlham Əliyev və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən Xocalı faciəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması üçün məqsədyönlü fəaliyyət göstərildiyi, bununla bağlı Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət alan “Xocalıya ədalət!” kampaniyasının fəaliyyəti xüsusi qeyd olunub, bu dəhşətli faciəni törədənlərin layiqli cəzalarını alacaqlarına əminlik ifadə edilib.
Tədbirlər çərçivəsində Ədliyyə Akademiyasında gənc ədliyyə işçiləri və könüllüləri, Vətən müharibəsi iştirakçıları ilə Xocalı soyqırımına həsr olunan görüş keçirilib.
Görüşdə Xocalı hadisələrinin şahidi, Azərbaycan Dillər Universitetinin və Ədliyyə Akademiyasının müəllimləri tərəfindən çıxışlar edilərək ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən, faciənin acı nəticələrindən bəhs olunub, soyqırımı ilə bağlı həqiqətlərin indiki və gələcək nəsillərə çatdırılmasının, eləcə də dünyada tanıdılmasının milli, vətənpərvər ruhda yetişən və könüllülük hərəkatının aparıcı qüvvəsi olan müasir Azərbaycan gəncliyinin müqəddəs vəzifəsi olduğu vurğulanıb.
Gənclər, o cümlədən nazirlikdə istehsalat təcrübəsi keçən ADA Universitetinin tələbələri Vətən müharibəsində parlaq Zəfərimizin və ordumuzun qəhrəmanlığının təcəssümü olan Hərbi Qənimətlər Parkı ilə tanış olublar.
Ədliyyə işçiləri saat 17:00-da soyqırımı qurbanlarının əziz xatirəsini əbədi ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad ediblər.
Faciənin ildönümü ilə bağlı nazirliyin Ədliyyə tarixi muzeyində yaradılmış “Xocalıya ədalət 30” adlı xüsusi stendlə, xalqımızın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması uğrunda mübarizəsinə həsr olunan ekspozisiyalarla və digər əyani vəsaitlərlə tanışlıq olub, kinozalda Xocalıda baş vermiş qanlı hadisələrə həsr olunan filmlər, foto və video-slaydlar nümayiş etdirilib, mətbuatda çıxışlar edilib, təlim-tədris müəssisələrində xüsusi mühazirələr oxunub, internet saytda və sosial media hesablarında məlumatlar paylaşılıb.
Xəbər lenti
Hamısına baxSosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26

