Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Barama istehsalçısı olan fermerlərə verilən subsidiya məbləği artırıldı

Barama istehsalçısı olan fermerlərə verilən subsidiya məbləği artırıldı

04.03.2022 [15:59]

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilir:

3.8.2-ci yarımbəndə “sənədi” sözündən sonra “(2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı)” sözləri əlavə edilsin.

4.3-cü bənddə “5 (beş)” sözləri “6 (altı)” sözləri ilə əvəz edilsin.

Beləliklə, barama subsidiyası barama istehsalçısı olan fermerlərə istehsal edilib tədarükçüyə təhvil verilən yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 6 (altı) manat məbləğində veriləcək.

Buna qədər həmin subsidiya 5 manat məbləğində verilirdi.

Paylaş:
Baxılıb: 837 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Kreditlə istirahət

21 İyul 11:55

Ədəbiyyat

Mədəniyyət

Yeni proqram...

21 İyul 10:59

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31