Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri azadlığa buraxılıb

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri azadlığa buraxılıb

16.03.2022 [17:49]

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyev azadlığa buraxılıb.

Bu barədə "Report"a onun vəkili Rəsul Yusifbəyli bildirib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti qismən təmin edilib: "Rasim Quliyevin cəzası dəyişdirilərək 2 il müddətinə şərti hesab olunub".

Qeyd edək ki, R.Quliyevin barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Paylaş:
Baxılıb: 788 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31