Şərqi Zəngəzur bölgəsinin Vətən müharibəsi şəhidləri haqqında kitab nəşr edilib
18.03.2022 [11:14]
Publisist Hacı Nərimanoğlunun yeni nəşr edilmiş “Şəhidlər” kitabında 2020-ci il 44 günlük Vətən müharibəsində Şərqi Zəngəzur bölgəsinə daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarının 100-dən çox şəhidinin ömür, döyüş yolu fotoları ilə birlikdə “Şəhidlərimizi tanıyaq və tanıdaq” bölməsində əks olunub.
AZƏRTAC xəbər verir ki, kitabda, həmçinin “Şəhid ailələrinə qayğı dövlətimizin siyasətində prioritetdir” başlıqlı “Ön söz”də dövlətimizin bu kateqoriyadan olan insanlara ardıcıl diqqət və qayğısı, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərlə çoxsaylı görüşlərinə dair məlumatlar, fotolar verilib.
Müəllifin “Şəhidlik - ən uca, müqəddəs məqamdır” adlı məqaləsi, “Şəhidlər anısına, doğmalar acısına” silsiləsindən “Şəhid atam - qalibiyyət bayrağım”, “Doğmaların şeirlərində əbədiləşən Şəhid”, “Şəhid anasının ağıları”, “Şəhidim - ilk sevgim, son məhəbbətim” esseləri, “44 günlük Şərəf, Qürur, Zəfər Tariximiz”in rəsmi gündəliyi, “Bu Zəfər Sizindir, Şəhidlər!” və “Danışan fotolar...” fotoqalereyası da daxil edilib.
Torpaq, Vətən, Bayraq məhəbbəti, mərdik duyğuları, igidlik, şücaətləri ilə Qarabağ, Şərqi Zəngəzur ellərimizi yağı tapdağından xilas edib Azərbaycana qovuşduran müzəffər Ordumuzun şəhid və qazilərinə, vətənimizin keşiyində məğrur dayanan əsgər və zabitlərimizə əbədi sevginin əksi olan kitabın nüsxələri Novruz bayramı günlərində nəşrdə adı keçən şəhidlərin ailələrinə, ali, orta məktəblərə, muzey, kitabxanalara, QHT və KİV-ə təqdim olunacaqdır.
“Füyuzat” nəşriyyatında rəngli formatda nəfis tərtibatda çıxan kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində nəşr edilib.
Xəbər lenti
Hamısına baxİdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01

