Milli Məclis xüsusi təyinatlı qüvvələrin təliminə dair sənədi ratifikasiya edib
12.04.2022 [11:56]
Milli Məclis xüsusi təyinatlı qüvvələrin təliminə dair sənədi ratifikasiya edib.
"Report"un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənəd barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu məlumat verib. O bildirib ki, Azərbaycan NATO-nun Şərq Tərəfdaşlığı proqramında fəal iştirak edir. İndiyədək bu üç ölkə arasında dəfələrlə bu çərçivədə təlimlər keçirilib. Bu Anlaşma Memorandumu da həmin əməkdaşlığa əsasən müzakirəyə çıxarılıb.
Layihədə qeyd edilib ki, göndərən ölkə (GÖ) “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimində iştirak edəcək şəxsi heyətinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi peyvəndlərin ev sahibi ölkəyə (ESÖ) girişdən əvvəl vurulmasını təmin edəcək. Bu məqsədlə ÜST-ün müəyyən etdiyi vurulan peyvəndlərin qeyd olunduğu standart peyvənd kitabçaları şəxsi heyətin üzərində olur.
Anlaşma Memorandumu çərçivəsində hər hansı fəaliyyətin həyata keçirilməsinə qadir olması üçün GÖ-nün şəxsi heyəti sağlamlıq baxımından yararlı olmalıdır. ESÖ tərəfindən sağlamlıq baxımından yararlılığı bildirən tibbi arayış tələb olunur.
Sənəddə o da vurğulanıb ki, ev sahibi ölkə (ESÖ) yaralanma və ya ölüm halında göndərən ölkəni (GÖ) məlumatlandırır. Ölüm halında ESÖ GÖ-nün qaydalanna riayət edilməsini təmin etmək üçün cəsədlə bağlı prosedurların aparılmasından və ya yarılmadan əvvəl GÖ ilə koordinasiya edir. GÖ-nün təmsilçisi (mümkünsə həkim) yarılma zamanı iştiraketmə və yekun yarılma raportunun bir nüsxəsini əldəetmə səlahiyyətinə malikdir.
Bundan əlavə, cənazə yarılmanın başa çatmasından sonra daşınması üçün dərhal GÖ-yə təhvil verilir. Bu halda ESÖ münasib daşıma vasitələrini təmin edir. Xəstənin və ölüm halında cənazənin GÖ-yə göndərilməsi ilə bağlı bütün xərclərə görə GÖ cavabdehdir.
Qəzalar/insidentlər baş verdiyi halda, meyitin geri göndərilməsindən irəli gələn bütün xərclər GÖ-nün cavabdehliyində olacaq.
Bu sənəd 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29

