Uğurlu dövlətin DOST siyasəti
13.04.2022 [09:31]
Nicat DİLQƏMLİ
Ölkə rəhbərinin uğurlu siyasəti nəticəsində bütün sahələrdə dinamik inkişaf özünü göstərməkdədir. İstər beynəlxalq müstəvidə - diplomatiya, xarici münasibətlər, istərsə də ölkədaxili sosial-iqtisadi sahələrdə dayanıqlı inkişafı təmin etmək dövlətimizin prioritet istiqamətlərindən biridir. Buna misal olaraq, qısa zaman kəsiyində böyük uğura imza atmış DOST konsepsiyasını nümunə gətirmək yerinə düşər. Belə ki, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılaraq 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyi və Agentliyin DOST mərkəzləri sosial sahədə vətəndaş məmnunluğuna yönəlik köklü islahatların ən mühüm nailiyyətlərindən biridir. Dövlət başçımızın sözügedən agentliyin açılışında söylədikləri DOST Agentliyinin önəmini açıq şəkildə izah edir. Ölkə başçımız DOST Agentliyi və onun 1 saylı Bakı DOST mərkəzinin açılış mərasimində deyib: “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni məhz bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin (156 növdə xidmət) “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Bu gün DOST konsepsiyasının beynəlxalq səviyyədə də böyük maraq kəsb edərək yüksək dəyərləndirilməsi və Azərbaycanın DOST təcrübəsini öyrənməyə maraq göstərən ölkələrin sayının artması heç də təəccüblü və təsadüfi deyil.
Cari ilin fevral ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanına layiq görülən DOST Agentliyinin bu günlərdə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanması da bu konsepsiyanın müasir dünyanın innovasiyalar sahəsində mühüm nailiyyətləri sırasında olduğunu göstərir. Bununla yanaşı, “Texnologiya alətləri” kateqoriyasında sosial xidmətlərdə smart modelinin tətbiqinə görə DOST Agentliyi 20 mindən çox səslə Avropanın nüfuzlu Mükafatına sahib olub. Təşkilata üzv Avropa dövlətlərinin DOST layihəsinə olan marağının göstəricisi kimi həmin səslərin 17 mini qeyd edilən dövlətlərdən gəlib. DOST bu gün Avropa Sosial Şəbəkəsi Şurasının Avropa İttifaqı üzvü olmayan yeganə dövlət qurumu, şəbəkənin tədbir və müzakirələrinin fəal iştirakçısı olan tək MDB təmsilçisidir. Bu da DOST-a Avropada olan böyük marağı və onun uğurlu islahat kimi qəbul edildiyini özündə ehtiva edir.
Verilən rəsmi məlumatlara nəzər yetirsək, görərik ki, hazırda 5 DOST mərkəzi fəaliyyət göstərir və ötən dövrdə 800 mindən çox vətəndaş DOST xidmətlərindən faydalanıb. Son statistikaya əsasən, bu xidmətlərdən vətəndaşlarımızın məmnunluq səviyyəsi 98 faiz üzərindədir.
Dövlət başçımız tərəfindən yüksək qiymətləndirilən könüllülük fəaliyyətinə də DOST böyük töhfələr verməkdədir. Belə ki, “Könüllü DOST proqramı” Azərbaycanda könüllülük hərəkatının genişlənməsində önəmli rol oynayır.
Qeyd edək ki, DOST Agentliyi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.
DOST Agentliyi həyata keçirilən uğurlu islahatlardan yalnız birinin nümunəsidir. Prezident İlham Əliyevin 2018-ci il 11 aprel tarixində andiçmə mərasimində söylədiyi “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” sözlərinin davamlı sosial islahatlar nəticəsində əldə olunan mühüm nailiyyətlərdə öz əməli təsdiqini tapdığını göstərmək üçün elə bu nümünə kifayət edir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15

