Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / BVF Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yüksəldib

BVF Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yüksəldib

19.04.2022 [17:21]

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı 2,8% artacaq.

"APA-Economics"in fondun "World Economıc Outlook" hesabatının aprel buraxılışına istinadən verdiyi məlumata görə, 2023-ci ildə isə 2,6%-lik artım gözlənilir.

Qeyd edək ki, BVF-nin oktyabr proqnozunda 2022-ci il üçün 2,3%-lik artım vəd edilirdi.

Digər proqnozlara gəldikdə, Azərbaycan İqtisadiyyat Nazirliyinə görə, bu il ölkədə real ÜDM artımı 3,9%, Asiya İnkişaf Bankının gözləntisinə görə isə ÜDM 3,7% artacaq. Dünya Bankının son proqnozuna görə isə real böyümə 2,7% təşkil edəcək.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 5,6% artıb.

Paylaş:
Baxılıb: 600 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30