Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Le Pen prezident seçkilərinin ikinci turunda məğlubiyyətini etiraf edib

Le Pen prezident seçkilərinin ikinci turunda məğlubiyyətini etiraf edib

24.04.2022 [23:34]

Milli Birlik Partiyasının namizədi Marin Le Pen Fransa prezident seçkilərinin ikinci turunda məğlub olduğunu etiraf edib.

"Report" Fransa mətbuatına istinadən xəbər verir ki, Le Pen seçki məntəqələri bağlandıqdan sonra ictimaiyyətə açıqlanan prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini uğurlu adlandırıb.

Eyni zamanda o, yayda keçiriləcək parlament seçkilərində partiyasını dəstəkləməyə çağırıb.

Qeyd edək ki, seçki məntəqələrindən daxil olan ilkin məlumatlara görə, Emmanuel Makron 57,6 faiz, onun rəqibi, ifrat sağ təmayüllü “Milli Birlik” partiyasının lideri Marin Le Pen isə 42,4 faiz səs toplayıb.

Fransa Konstitusiya Məhkəməsi seçkilərin rəsmi nəticələrini aprelin 27-də elan edəcək.

Paylaş:
Baxılıb: 1085 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31