Pasxa bayramında da uşaqlar öldürüldü
26.04.2022 [10:51]
Azyaşlı ölümlərində artan rəqəmlər son deyil
Günel ABBAS
2 aydır ki, Rusiya və Ukrayna arasında davam edən müharibə dünya mediasının gündəminə çevrilib. Xüsusilə dinc əhalinin, uşaqların qətlə yetirilməsi Rusiyanı qınaq obyektinə çevirib. Dünyanın böyük təşkilatları, güc strukturları Rusiya tərəfinə müəyyən sanksiyalar tətbiq edir, xəbərdarlıqlar göndərir. Mütəmadi olaraq törədilən qırğın pislənir, uşaq ölümlərinin sayının artmaması üçün müraciətlər, çağırışlar edilir. Buna baxmayaraq, müharibənin hər ötən günü Ukraynada uşaq ölümləri ilə nəticələnir.
Qeyd edək ki, şərq slavyanları sayılan, bir-biri ilə sıx genetik, tarixi, mədəni və iqtisadi bağları olan rusların və ukraynalıların dinləri də eynidir. Hətta onların bugünkü müharibə həddinə gəlib çıxması da heyrət doğurur. Elə hər iki dövlətin eyni dini mənsubiyyəti daşıdığından ötən həftə qeyd edilən Pasxa bayramında müharibəyə ara verilməsi gözlənilirdi. Bu barədə aprelin 19-da BMT-nin Baş katibi Antonio Quterreş dördgünlük humanitar fasilə verilməsinə dair çağırış da etmişdi. Lakin Rusiya atəşkəs təşəbbüsünü dəstəkləməmişdi. Səbəb isə atəşkəsin Ukrayna hərbçilərinin yenidən toparlana bilməsi məqsədi daşıdığı ilə əlaqələndirilmişdi. Nəticədə xristianların diriliş bayramı adlandırdıqları günlərdə də rus qoşunları tərəfindən məsum uşaqların qanı tökülüb.
Ukraynada Pasxa bayramında nə qədər uşaq qətlə yetirilib?
Ukraynanın rəsmi qurumlarından verilən məlumata görə, 23-24 aprel tarixlərində Donetsk vilayətində Krasnoqorovkada 5 və 14 yaşlı iki qız rus qoşunları tərəfindən qətlə yetirilib. Həmin tarixdə qoşunlar Xarkov vilayətini növbəti dəfə top atəşinə tutub, nəticədə Çuqev şəhərində 11 yaşlı uşaq yaralanıb. Aprelin 23-də Xarkov vilayətinin Boqoduxovski rayonunun Turovo kəndinin atəşə tutulması nəticəsində 12 yaşlı uşaq xəsarət alıb.
Ukraynada müharibənin azyaşlı qurbanları
Ümumilikdə müharibənin başladığı tarixdən bu günə qədər Ukraynada 606-dan çox uşaq zərər çəkib. Rəsmi məlumatlara görə, onlardan 215-i həlak olub, 391-dən çox uşaq isə yaralanıb. Təəssüf ki, bu rəqəmlər son deyil, çünki qoşunların aktiv döyüş əməliyyatları apardığı və müvəqqəti işğal edilən bölgələrdə dəqiq statistika aparmaq mümkün deyil.
Hazırkı məlumatlara əsasən, müharibədən zərər çəkən uşaqların vilayətlər üzrə statistikası belədir: Donetskdə -124, Kiyevdə - 114, Xarkovda - 93, Çerniqovda - 66, Xersonda - 44, Nikolaevdə - 43, Luqanskda - 37, Zaporojyedə - 27, Sumidə - 17, Jitomirdə - 15.
Ukraynada uşaq qətlləri Böyük Vətən müharibəsinin davamı kimi...
Ukraynada müharibə nəticəsində uşaq ölümləri ilə bağlı statistikanın daim artması Böyük Vətən müharibəsindəki silsilə qətlləri xatırladır. O zamankı döyüşlərdə müxtəlif xalqların nümayəndələrindən olan 13 milyon azyaşlı və yeniyetmə qətlə yetirilib. Qeyd etmək lazımdır ki, dünyada ciddi proseslərin getdiyi həmin dövrlərdə Rusiya və Ukrayna faşizmə qarşı eyni cəbhədə vuruşurdu. Bu gün isə məsum insanların, xüsusilə də azyaşlıların ölümü ilə nəticələnən çaxnaşma içindədirlər.
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59

