Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanlı sərnişin "Bakı-Minsk" reysində vəfat edib

Azərbaycanlı sərnişin "Bakı-Minsk" reysində vəfat edib

05.05.2022 [15:25]

Bu gün Bakı-Minsk reysi ilə uçan sərnişinlərdən birinin - 1958-ci il təvəlüdlü azərbaycanlının [adı açıqlanmır] halı pisləşib və, o, 2 saatlıq uçuşdan sonra huşunu itirib.

Bu barədə "Report"a Belarusun "Belavia" aviaşirkətindən məlumat verilib.

Bildirilir ki, sərnişin təyyarənin göyərtəsinə yüngül xəstə kimi çatdırılıb.

"Stüardessalar təyyarədə həkim axtarışı ilə bağlı xəbər veriblər. Sərnişinin özünə gəlməsi üçün oksigen və ammonyak veriblər. Təlimatlara uyğun hərəkət edən ekipaj təyyarədə fövqəladə vəziyyət yaranması ilə bağlı məlumat verib və Samarada təcili eniş edib. Həkimlər gələnə qədər sərnişini stüardessalardan biri müşayiət edib və ona tibbi yardım göstərilib", - aviaşirkətdən bildirilib.

Məlumata görə, Kurumoç Hava Limanına endikdən sonra həkimlər qrupu sərnişinin öldüyünü elan edib:

"Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası aparılacaq".

Aviaşirkət mərhumun ailələrinə və yaxınlarına başsağlığı verir.

Paylaş:
Baxılıb: 1231 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Xəbər lenti

Sosial

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Siyasət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31