Mədəniyyətimizə və milli musiqimizə qayğının daha bir nümunəsi
12.05.2022 [10:26]
Şuşa şəhərində məşhur tarzən, bəstəkar Sadıqcanın yaşadığı ev bərpa olunur
N.BAYRAMLI
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin bərpası işləri ilə tanış olublar. Şuşa şəhərinin mərkəzində, Mərdinli məhəlləsində yerləşən bina erməni vandalizminin qurbanı olub, ilkin görkəmini 80 faizə qədər itirib. Binanın qalan hissələrində isə konstruktiv çatlar müşahidə olunur və qəza vəziyyətindədir. Sadıqcanın evində də bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirəcək. Dördbucaqlı plan quruluşu olan ev ikimərtəbəlidir. Bina Şuşaya xas memarlıq üslubunda inşa olunub.
Sadıqcan kimdir? Əsl adı Mirzə Sadıq Əsəd oğlu Sadıqcan olan sənətkar 1846-cı ildə Şuşada anadan olub. Sadıqcan Azərbaycanın tanınmış tarzənlərindən biridir. Tədqiqatçıların yazdıqlarına görə, o, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcana qədər tar diz üstə ifa olunurmuş, amma o ilk dəfə tarı sinədə ifa etməyə başlayıb. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq milli musiqimizin rəmzinə çevrilib.
Məlumatlara görə, bütün şuşalılar kimi, Sadıqcan da kiçik yaşlarından öz gücünü xalq mahnılarının və muğamlarımızın ifası sahəsində sınayıb. Sənətkar toylarda, konsertlərdə, ziyafətlərdə, həmçinin Bakı və Şuşada Azərbaycan və İran qastrolçularının qoyduqları tamaşaların fasilələri zamanı tarda ifa edir, özü də Qafqaza, Orta Asiya və İrana tez-tez səfərlərə gedərək, burada musiqi məclislərində iştirak edirdi. Qafqazın birinci tarzəni kimi tanınan sənətkar öz sənətində böyük uğurlar qazanıb.
Mirzə Sadıq, eyni zamanda, istedadlı bir bəstəkar olub. O, “Orta Segah” və “Bayatı-Şiraz” muğamlarına bir neçə rəng bəstələmişdi. Bu və digər muğamların tərkibinə daxil olmuş musiqi pyesləri onların dolğunlaşmasında mühüm rol oynayıb. Onun Azərbaycan musiqisinin inkişaf tarixindəki rolu əvəzedilməzdir. Sadıqcan Azərbaycan milli musiqisində misilsiz rol oynayan dahi sənətkar kimi tarixdə iz qoyub. Tarı dizdən sinə üstünə qaldıran Sadıqcan böyük bir azərbaycanlı kimi milli ideologiyamıza, mənəvi dəyərlərimizə xidmətlər göstərib. Tarixdə öz sənəti ilə iz qoyan Sadıqcanın adı milli musiqi tariximizdə daim qalacaq. Bu gün tarzən və bəstəkar Sadıqcanın Şuşadakı evinin bərpası da onun sənətinə verilən qiymətdir.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32

