Daha 11 rayonda modul tipli məktəblər
18.05.2022 [10:02]
Mübariz ABDULLAYEV
Təhsildə uğur qazanmağın əsas şərtlərindən biri infrastrukturla bağlıdır. Bu, bir aksiomdur ki, müasir tələblərə cavab verən, maddi-texniki təchizatı yüksək olan məktəblərdə daha yaxşı nəticələr qazanılır. Respublikamızda son 18 ildə milli təhsil sistemində keyfiyyət göstəricilərinin yüksəldilməsini hədəfləyən islahatlar çərçivəsində 3 mindən çox məktəb binası tikilərək istifadəyə verilib. Yeni inşa olunan məktəblər respublikanın bütün bölgələrini əhatə edir. Ölkə üzrə təhsil infrastrukturunun yenilənməsi həm dövlət əsaslı vəsait qoyuluşu, həm də Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.
Təhsil infrastrukturunun gücləndirilməsində yeni proqram
Respublikamızda təhsil infrastrukturunun müasirləşdirilməsi proqramı çərçivəsində 2016-cı ildən yeni layihənin icrasına başlanıb. Söhbət regionlarda kontingenti az olan təhsil ocaqları üçün modul tipli məktəb binalarının quraşdırılıb istifadəyə verilməsindən gedir. Yeni proqramın icrasının ilk ilində 6 belə məktəbin quraşdırılması üçün Təhsil Nazirliyinə 2 milyon manat vəsait ayrılıb. Növbəti illərdə bu yolla şagird sayı 100-dək olan bütün qəzalı azkomplektli məktəblərin probleminin birdəfəlik həll edilməsinə başlanıb.
Modul tipli məktəblərin quraşdırılması bir çox cəhətdən əlverişlidir. Belə ki, quraşdırılması istənilən relyef şəraitində mümkün olan belə məktəblərin inşası tez və ucuz başa gəlir. Onu da vurğulamaq yerinə düşər ki, artıq modul tipli məktəblərin hissələri respublikamızda istehsal olunur. 2017-ci ilin sentyabrında Prezident İlham Əliyevin regionlara növbəti səfəri çərçivəsində istifadəyə verilən Neftçala Sənaye Məhəlləsində modul tipli məktəblərin quraşdırılması üçün müvafiq istehsalat yaradılıb. Həmin istehsalatda modul tipli məktəblərin hissələrinin hazırlanması sənaye üsulu ilə həyata keçirilir. Burada sifarişlərə uyğun olaraq ayrı-ayrı hissələrin ölçülərini dəyişmək mümkündür. Yerli istehsalatın yaradılması modul tipli məktəblərin tikinti xərclərini əhəmiyyətli dərəcədə azaldıb.
Modul tipli məktəblərin əhatə dairəsi genişlənir
Ölkə üzrə modul tipli məktəblərin inşası proqramının əhatə dairəsi ilbəil genişləndirilir. İndiyədək bu məqsədlə dövlət büdcəsindən böyük həcmlərdə maliyyə vəsaiti ayrılıb. Prezident İlham Əliyev bu günlərdə Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında növbəti Sərəncam imzalayıb. Sənədə əsasən növbəti mərhələdə modul tipli məktəblərin inşası respublikanın 11 rayonu üzrə həyata keçiriləcək. Bu məqsədlə dövlət büdcəsindən Təhsil Nazirliyinə 5 milyon manat vəsait ayrılıb. Nəzərdə tutulan vəsait Astaranın Diqo kəndindəki 56 şagird yerlik (285 min manat), Bərdənin Qaratəpə kəndindəki 20 şagird yerlik (207 min manat), Biləsuvarın Əmənkənd kəndindəki 56 şagird yerlik (285 min manat), Cəlilabadın Vənlik kəndindəki 80 şagird yerlik (354 min manat), Söyüdlü kəndindəki 96 şagird yerlik (382 min manat), Həsənli kəndindəki 80 şagird yerlik (354 min manat), Xaçmazın Mollabürhanlı kəndindəki 96 şagird yerlik (382 min manat), İsmayıllının Çəmənli kəndindəki 80 şagird yerlik (354 min manat), Zərnava kəndindəki 80 şagird yerlik (354 min manat), Qubanın Qələdüz kəndindəki 132 şagird yerlik (424 min manat), Lerikin Kəlvəz kəndindəki 56 şagird yerlik (285 min manat), Anburdərə kəndindəki 56 şagird yerlik (285 min manat), Neftçalanın F.Mayılov adına Şorkənd kəndindəki 96 şagird yerlik (382 min manat), Sabirabadın Güdəcühür kəndindəki 56 şagird yerlik (285 min manat), Şamaxının Çöl Göylər kəndindəki 96 şagird yerlik (382 min manat) məktəblərin inşasına yönəldiləcək. Sənədə əsasən, qeyd olunan bütün məktəblərin inşası 2022-ci ildə həyata keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

