Şamaxı şəhərinin “Türk dünyasının turizm paytaxtı” seçilməsi münasibətilə tədbir keçirilıb
25.05.2022 [18:17]
Şamaxı şəhəri 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilmişdir. Bu əlamətdar hadisə ilə bağlı25 may 2022-ci il tarixində turizm potensialının inkişafı və qarşıda duran vəzifələr barədə rayon mədəniyyət mərkəzində idarə, müəssisə və təşkilat rəhbərlərinin, turizm sektorunda çalışan sahibkarların və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilmişdir.
Tədbirdə giriş sözü ilə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov mühüm hadisə ilə bağlı rayon sakinlərini təbrik edərək bu istiqamətdə qarşıda duran vəzifələrdən geniş söhbət açdı. Natiq çıxışında son illər ölkə bascisinin diqqət və qayğısı nəticəsində rayonda aparılan abadlıq-quruculuq işlərindən, həmçinin tarixi mədəniyyət abidələrinin əsaslı təmiri və yenidən qurulması nəticəsində rayoniqtisadiyyatının, mədəniyyətinin, turizm potensialının və digər sahələrinin inkişaf etdiyini bildirdi.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xalq artisti İlham Namiq Kamal tədbir iştirakçılarını bu möhtəşəm hadisə münasibətilə təbrik edərək, turizm paytaxtına çeviriləcək Şamaxının inkişafında hər bir rayon sakininin töhvə verəcəyinə əminliyini vurğuladı.
Digər çıxış edənlər- mədəniyyət işçisi Rəfail Tağızada, sahibkar Rüstəm İsgəndərov və gənc fəal Qubat Qubadov bu önəmli hadisənin qədimliyini qoruyub saxlayan, zəngin tarixi keçmişini yaşadan, müasirliyə qucaq açan Şamaxı şəhərinin dirçəldilməsinə böyük təsir göstərəcəyini və inkişafına daha geniş üfüqlər açacaqını bildirdilər. Tədbirdə Şamaxının turizm potensialını özündə əks etdirən videoçarx nümayiş olundu.
Sonda rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
ŞAMAXI İCTİMAİYYƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ:
"Hörmətli cənab Prezident!
44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq və quruculuq işlərini gördükcə böyük fəxr və qürür hissi keçiririk. Sizin apardığınız dövlət siyasəti nəticəsində ölkəmizin bütün istiqamətlərdə inkişafı hər bir azərbaycanlını sevindirir və gələcəyə inamını daha da artırır. Məhz bunun nəticəsidir ki, ölkəmiz nəinki regionda, hətta dünya miqyasında öz layiqli yerini tutmaqla yanaşı mühüm söz sahibinə çevrilmişdir.
Sizin gərgin fəaliyyətinizin nəticəsində respublikamızın hər bir regionu kimi Şamaxı da öz dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycanın tarixinə, mədəniyyətinə və incəsənətinə göstərdiyiniz diqqət sayəsində zəngin təbiətə malik ölkəmizdə turizm potensialının inkişafını daha da artırır.
Hörmətli cənab Prezident!
Sizin diqqət və qayğınızla qədim tarixi-mədəni irsə malik, öz turizm potensialı və coğrafi mövqeyi ilə fərqlənən Şamaxı rayonu da günü-gündən inkişaf edir. Məhz Sizin ayrı-ayrı vaxtlarda imzaladığınız Sərəncamlarla aparılan abadlıq-quruculuq işləri, tarixi mədəniyyət abidələrinin əsaslı təmiri və yenidən qurulması nəticəsində rayonumuzun iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı və digər sahələri getdikcə inkişaf etməkdədir. Şamaxıda küçə və prospektlərin, digər avtomobil yollarının işıqlandırılması, rayon ərazisinin yaşılllaşdırılması istiqamətində bir çox işlər görülmüşdür. Sizin təşəbbüsünüzlə Şamaxı Cümə məscidində, Pirsaat Baba ziyarətgahında, Şahxəndan türbəsində və digər tarixi-mədəni abidələrdə aparılmış yenidənqurma işləri xalqımızın mənəvi dünyasına verilmiş yüksək qiymətlə yanaşı turizm sahəsinin də inkişafında xüsusi əhəmiyyət kəsb edir. Şamaxı rayonu Şirvanşahlar dövlətinin paytaxtı olmuş, Qafqaz regionunun tarixi mərkəzi olmaqla zəngin mədəni irsə, qədim tarixə, tarixi abidələrə, əlverişli coğrafi mövqeyə, təbii turizm infrastrukturuna, mineral su ehtiyatlarına, zəngin fauna-floraya malikdir.
Türk Dövlətləri Təşkilatı tərəfindən qədim şəhərimiz Şamaxının 2023-cü il üçün Türk dünyasının Turizm Paytaxtı seçilməsi şamaxılıların sevincinə sevinc qatdı. Azərbaycanın dilbər guşələrindən olan Şamaxı bütün dövrlərdə diqqət mərkəzində olmuş və bir çox mötəbər tədbirlərə ev sahibliyi etmişdir. Qədim tarixə malik olan Şamaxının adət-ənənələrinin, mədəniyyətinin, tarixinin, turizm imkanlarının tanıdılmasına, mədəni həyatının dirçəldilməsinə böyük təsir göstərəcək, inkişafı üçün geniş üfüqlər açacaqdır.
Qədimliyini qoruyub saxlayan, zəngin tarixi keçmişini yaşadan, müasirliyə qucaq açan bu şəhərin inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Şamaxı rayonunun ictimaiyyəti adından Sizi əmin edirik ki, bizə göstərdiyiniz etimadı doğruldacaq, rayonumuzun inkişafı naminə əlimizdən gələni əsirgəməyəcəyik.
Dərin hörmət və ehtiramla,
Şamaxı rayon ictimaiyyəti!"
Xəbər lenti
Hamısına baxGündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53

