Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ANAMA Cəbrayılda baş verən mina partlayışı ilə bağlı məlumat yayıb

ANAMA Cəbrayılda baş verən mina partlayışı ilə bağlı məlumat yayıb

19.06.2022 [16:18]

ANAMA Cəbrayılda baş verən mina partlayışı ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat üçün bildirir ki, 2022-ci il 19 iyun tarixində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Şükürov Əli Şirəli oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş vermişdir.

Partlayış dalğası zamanı torpaqdan qalxan daş hissələri əməkdaşın ayaqlarına yüngül xəsarət yetirmişdir.

Nəticədə, Şükürov Əli Şirəli oğlu rayon xəstəxanasına aparılmış, zəruri müayinələrdən keçərək evə buraxılmışdır.

ANAMA bir daha vətəndaşlarımızı işğaldan azad edilmiş ərazilərdə diqqətli və sayıq olmağa çağırır. Özlərini təhlükəli ərazidə hiss etdikdə, hərəkəti dayandıraraq, “102” və ya “112” xidməti zəng mərkəzlərinə məlumat vermələri tövsiyyə olunur.

Paylaş:
Baxılıb: 650 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31