Rusiya mediasında anti-Azərbaycan fəaliyyətə son
29.06.2022 [10:03]
Yeni saziş Rusiya informasiya məkanından Azərbaycana mümkün təhdidləri bloklayır
N.BAYRAMLI
Rusiyanın xarici işlər naziri Serqey Lavrovun Azərbaycana səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirləri tərəfindən”Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sənədin imzalanmasının əsas məqsədi informasiya təhlükəsizliyi sahəsində mövcud olan təhdidlərin qarşısının effektiv şəkildə alınmasından ibarətdir.
Sazişin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında bildirib ki, sözügedən sazişin imzalanması, ilk növbədə, Azərbaycan-Rusiya əməkdaşlığının yeni strateji vektoru kimi qiymətləndirilə bilər. Nəzərə almaq lazımdır ki, müasir mərhələdə informasiya təhlükəsizliyi istənilən dövlətin milli təhlükəsizliyinin ən vacib elementini təşkil etməkdədir. Onun sözlərinə görə, beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsinə dair sazişdə informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində əsas təhdidlər ifadəsini tapıb: “Bu təhdidlərin dəqiqliklə müəyyənləşdirilməsi və Azərbaycan-Rusiya müvafiq sazişində öz əksini tapması onların aradan qaldırılmasının effektiv vasitələrinin tətbiq olunmasını şərtləndirəcək. Məsələn, dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktların tərəflərin koordinasiya olunmuş fəaliyyəti sayəsində dəf edilməsi ümumilikdə informasiya təhlükəsizliyinin ən vacib istiqamətini təşkil etməkdədir. Müvafiq istiqamətdə fəaliyyət mahiyyət etibarilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Azərbaycan-Rusiya razılaşmasının ruhuna da uyğundur. Ayrıca olaraq, mühüm informasiya infrastrukturu obyektlərinə kiberhücumların qarşısının alınması olduqca təsirli informasiya təhlükəsizliyi tədbiri hesab olunur”.
Millət vəkili qeyd edib ki, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunması ayrıca olaraq Azərbaycanda mühüm aktuallıq kəsb edən məsələlərdəndir. E.Mirbəşiroğlu söyləyib ki, informasiya təhlükəsizliyinin təmin edilməsi sistematik, kompleks yanaşma tələb edir. Ölkəmizdə bu sahədə əlaqədar qurumlar tərəfindən konseptual, təşkilati, elmi-metodoloji, maddi-texniki əsasların yaradılması üzrə işlər aparılıb, müvafiq qanunvericilik aktları qəbul edilib. “Bu istiqamətdə işlər davam etməkdədir. Çünki informasiya təhlükəsizliyinin təmin olunması olduqca zəruridir. “Azərbaycan və Rusiya xarici işlər nazirləri tərəfindən imzalanmış saziş də bu baxımdan müsbət dəyərləndirilməlidir. Sazişdə vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və digər hallar da informasiya təhlükəsizliyinə təhdid hesab olunur. Eləcə də, bu sazişlə ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya resurslarına müdaxilə olunmama prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun fəaliyyətin təmin edilməsi nəzərdə tutulur” - deyə E.Mirbəşiroğlu vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41

