Azərbaycan beynəlxalq konvensiyanın tələblərini diqqət mərkəzində saxlayır
16.07.2022 [10:01]
Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi ilə bağlı tədbir keçirilib
Günel ABBAS
Keçən əsrin 70-80-ci illərində qadın hüquqları uğrunda hərəkatın daha da genişlənməsi, BMT-nin təşəbbüsü ilə 1975-ci ildə Beynəlxalq qadın ilinin, daha sonra 1975-1985-ci illərdə Qadın onilliyinin keçirilməsi qadın hüquqlarının tənzimlənməsinə dair xüsusi beynəlxalq hüquqi aktın qəbul edilməsi zərurətini meydana çıxardı. Nəticədə, BMT-nin Baş Assambleyası 18 dekabr 1979-cu il tarixdə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanı qəbul etdi. Konvensiya 3 sentyabr 1981-ci il tarixində qüvvəyə minib. Bu gün Konvensiya Uşaq Hüquqları Konvensiyasından sonra dünyada ən çox ratifikasiya olunmuş beynəlxalq müqavilədir. Azərbaycan 1995-ci il 10 iyul tarixində Konvensiyanı ratifikasiya edib.
Konvensiyanın özünəməxsusluğu ondan ibarətdir ki, digər beynəlxalq müqavilələrdə ümumi şəkildə insan üçün təmin olunan hüquqlar burada məhz qadın üçün nəzərdə tutulub. Digər müqavilələrdən fərqli olaraq Konvensiyanın əsasında digər beynəlxalq müqavilələrdə təmin edilən “bərabərlik” deyil, “ayrı-seçkiliyin ləğv olunması” durur. Dövlətimiz kovensiyanın ratifikasiya olunduğu gündən etibarən bu məsələləri diqqət mərkəzində saxlayır, problemlərin həll yolunun tapılması üçün maarifləndirmə və qabaqlayıcı tədbirlər həyata keçirir.
Ötən gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbir də bu istiqamətdə görülən işlərdəndir. Tədbir “BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının (CEDAW) həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın moderatorluğu ilə keçirilən tədbirdə komitənin sədri Bahar Muradova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd 2022-ci il iyunun 16-da BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin Cenevrə şəhərində keçirilən 82-ci sessiyasında Azərbaycan Hökumətinin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasının icrasına dair altıncı dövri məruzəsi ilə bağlı CEDAW Komitəsinin yekun tövsiyələri barədə vətəndaş cəmiyyəti nümayəndələrini məlumatlandırmaq, onları bir daha müvafiq sahədə əməkdaşlığa və tövsiyələrin həyata keçirilməsinə töhfə verməyə dəvət etməkdir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21

