Heydər Əliyev Fondunun dəstəyi ilə...
26.07.2022 [10:33]
Qarabağ xanlığının bayrağı əks etdirilən “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı təqdim olundu
Bu nəşrdə Qarabağ tarixinə aid mühüm faktlar əksini tapır
Nardar BAYRAMLI
Bu günlərdə Tbilisidə, Gürcüstan Təsviri İncəsənət Muzeyində aparıcı gürcü alimlərinin müəllifi olduğu “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” adlı kitabın təqdimat mərasimi keçirilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə reallaşan tədbirdə Azərbaycan və gürcü elm xadimləri, siyasətçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze, kitabın müəlliflər qrupunun rəhbəri, professor Eldar Nadiradze qeyd ediblər ki, nəşrdə XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyaları zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan, Qarabağ xanılığına aid olan 300-dən çox artefaktın rəsmi toplanıb. Alimlərin fikrincə, elmi araşdırma nəticəsində nəşrdə kataloqlaşdırılmış bu kolleksiya Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığı, onun zəngin mədəni irsi haqqında beynəlxalq marağın artmasına töhfə verəcək.
Gürcü alimlərinə Azərbaycanın tarixi irsi sahəsində fədakar elmi tədqiqatları üçün təşəkkür edən Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bu əsərin Heydər Əliyev Fondunun təşəbbüsü və nazirliyin dəstəyi ilə artıq beş xarici dilə tərcümə olunaraq nəşr edildiyini deyib. O, nəşrin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Şuşa İli”nə töhfə olduğunu vurğulayıb, kitabın dünyanın digər elmi və mədəni mərkəzlərində də təqdim ediləcəyini, bununla da Qarabağ torpağında qədim və zəngin Azərbaycan irsinin tərənnümünə xidmət edəcəyini bildirib. Kitab Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində nəşr olunub.
Daha sonra təqdimatda iştirak edən Gürcüstanın elmi və mədəniyyət ictimaiyyətinin nümayəndələri kitab-albomdan seçilmiş artefaktları əks etdirən fotosərgi ilə tanış olublar. Onların arasında Qarabağ xanlığına aid edilən bayraq, Qarabağ xanları sülaləsində qorunmuş Şah İsmayılın qalxanı, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini əks etdirən fotolar xüsusi marağa səbəb olub.
Sözügedən tədbirdə iştirak edən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov qəzetimizə açıqlamasında bildirb ki, kitab çox unikal mədəni irsimizin göstəricisidir. Onun sözlərinə görə, kitabda Qarabağa aid xalça, silah, məişət və s. əşyaların fotoları əks olunub: “Belə bir kitabın nəşr olunması ilk iş deyil. İrəvan xanlığı haqqında da belə kitab nəşr edilib. Bakı xanlığına dair də kitab hazırlanır. Vaxtilə Qafqaz muzeyində saxlanan artefaktlar tədricən aşkar olunacaq. Bu işdə Heydər Əliyev Fondunun çox böyük xidməti var. Eləcə də, Azərbaycanın Xarici İşlər Nazirliyi də bu prosesə fəal dəstək verir”.
Baş direktor qeyd edib ki, kitabda təqdim olunan əşyalar keçmiş Qafqaz muzeyində eksponat kimi nümayiş edilməyib, saxlancda qalıb: “Dövlətimiz, Heydər Əliyev Fondu çox doğru edir ki, bu saxlancda qalan Qarabağa məxsus dəlilləri üzə çıxarır. Tarixi-mədəni irsimiz bizim milli kimliyimizin göstəricisidir. Ona görə də, bu tarixi-mədəni irs ortaya çıxdıqca, onun yarandığı bölgə, orda yaşayan insanların milli kimliyini ifadə edir. Bunların da hər biri Azərbaycan reallığını əks etdirir. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu təkzibolunmaz faktdır. Kitabda təqdim olunan foto-faktlar Qarabağın xalqımıza məxsus olmasını təsdiq etməklə yanaşı həmin bölgədə yaşayan əhalinin necə yüksək inkişaf səviyyəsində olmasını göstərir. Bütün bunlar erməni saxtakarlığına tutarlı cavabdır”.
Azərbaycan xalqının tarixi-mədəni irsinin müxtəlif ölkələrdə aşkara çıxarılmasının və nəşr edilməsinin çox vacib olduğunu deyən K.Şükürov təklif edib ki, gələcəkdə bu artefaktların dünyanın bir sıra ölkələrində sərgiləri keçirilməlidir: “Bununla bağlı, Gürcüstan Milli Muzeyi ilə danışıqlar aparmaq, bu sahədə ciddi addımlar atılmasına çox böyük ehtiyac var”. Baş direktor onu da qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq, dostluq münasibətləri var: “İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam oldu. Bu münasibətlə Tbilisidə tədbir də keçirildi. Həmin tədbirdə Gürcüstan xarici işlər nazirinin müavini, bu ölkədəki səfirimiz, diplomatlar, müxtəlif mötəbər qonaqlar iştirak etdilər. Həmin konfransın ikinci hissəsində Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin tarixinə dair AMEA-nın Tarix İnstitutunun və Gürcüstan Qafqaz Beynəlxalq Universitetinin təşkilatçılığı ilə elmi konfrans keçirildi. İyulun 23-də iki ölkənin tarixçiləri arasında görüş oldu. Biz nəzərdə tuturuq ki, iki ölkənin tarixçi-alimləri tərəfindən Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin tarixinə dair əsər hazırlansın”.
Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının sədri, layihənin baş koordinatoru Elçin Əsgərov isə qəzetimizə açıqlamasında bildirib ki, təqdimatı keçirilən kitab 1875-1912-ci illər ərzində Rusiyanın Qafqaz canişinin əmri ilə Tiflisdəki Qafqaz muzeyi əməkdaşlarının Azərbaycana təşkil etdikləri elmi ekspedisiyalar zamanı tarixi Qarabağ xanlığı ərazisində aşkar edilib toplanıb və Qafqaz muzeyinin arxivlərinə təhvil verilmiş artefaktların bir hissəsinin təsvirindən ibarətdir. Bu artefaktlar muzeyin arxivinə təhvil verildikdən sonra, müəyyən səbəblərdən, heç vaxt açılmayıb və 100 ildən artıq bir dövrdə arxivdə kataloqlaşdırılmadan saxlanıb, yalnız indi Azərbaycan XİN təşəbbüsü ilə gürcü alimləri tərəfindən araşdırılaraq ilk dəfə nəşr olunub. Tapılmış bu artefaktların tarixi və mədəni əhəmiyyəti, Qarabağın Azərbaycan kimliyini maddi sübut və faktlarla sübut etməsi, Qarabağın erməni kimliyi haqda siyasi dəllallığı təkzib etməsindən ibarətdir. Onun sözlərinə görə, kitabda 300-ə yaxın artefaktla yanaşı 30-dan artıq tarixi foto əks olunub. E.Əsgərovun fikrincə, Heydər Əliyev Fondunun dəstəyi ilə çap edilən bu kitabın daha artıq oxucuya çatdırılması məqsədilə müxtəlif dillərdə təkrar nəşri və təbliği məqsədəuyğundur.
Həmsöhbətimiz qeyd edib ki, kitabda maraqlı faktlardan biri də Qarabağ xanlığına hesab olunan bayraqdır: “Bu nadir bayraq Azərbaycan irsinə aid olan və hal-hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan çoxsaylı artefaktlardan biridir. Hesab edirəm ki, 300-dən çox artefaktın arasında ən vacibi Qarabağ xanlığı dövrünə aid edilən standart tipli bayraqdır. Bayrağın içərisində Günəş və Aslan təsvir olunub. Bilindiyi kimi bu ikili simvol - Qızılbaş dövləti və Səfəvi sülaləsinin rəsmi rəmzlərindən biri olub. Burada günəş taxt, şir isə taxtın keşikçisi anlamına gəlir. Bununla yanaşı aslan təsvirləri günəş və aydınlıq simvolu olaraq qədim türk inancında geniş yer alır. Beləliklə, gürcü arxivlərində tapılan və Qarabağ xanlığına aid edilən bu ilk bayraqdan da göründüyü kimi, Qarabağ xanlığı məhz tarixi Qızılbaş-Azərbaycan dövlətçiliyi ənənəsinin davamı olub”.
Xəbər lenti
Hamısına baxDünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39

