Yeni üçtərəfli formatda
03.08.2022 [10:10]
Daşkənd Bəyannaməsi imzalandı
Nardar BAYRAMLI
Avqustun 2-də Daşkənd şəhərində Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasından xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər. Nazirlər gündəlikdə duran mövzular üzrə çıxış ediblər.
Görüşdə xarici siyasət və regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər, üç ölkənin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığının tam potensialının həyata keçirilməsi üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin energetika sahəsində, xüsusilə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Azərbaycan, Türkiyə və Özbəkistanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə edilib. Bu xüsusda, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti vurğulanıb. Zəngəzur dəhlizi daxil olmaqla, regionda bütün kommunikasiyaların açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcəyi qeyd olunub. Görüş nəticəsində üç dövlətin müvafiq sahələr üzrə məsul nazirləri tərəfindən Daşkənd Bəyannaməsi imzalanıb və xarici işlər nazirləri üçtərəfli görüşün nəticələrinə dair mətbuat açıqlamaları ilə çıxış ediblər.
Bəyannamədə bildirilir ki, tərəflər Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinə investisiya qoyaraq Azərbaycanın döyüşlərdən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyin önəmini vurğulayırlar. Azərbaycan tərəfi, türk və özbək şirkətlərinin Azərbaycanın azad edilmiş torpaqlarının bərpası və yenidənqurması istiqamətində infrastruktur layihələrində iştirakını təqdir edir. Sənəddə beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından Zəngəzur dəhlizinin açılmasının önəmi qeyd olunur: “Tərəflər Şərqi Zəngəzurla Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasını bir-birinə bağlayan Zəngəzur dəhlizinin açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından önəmini vurğulayırlar”. Bildirilir ki, ölkələr beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bir-birilərinin ərazi bütövlüyünə tam hörmət göstərdiklərini bir daha vurğulayır və hər üç dövlətin suverenliyi və ərazi bütövlüyünü təhdid edən fəaliyyətlərə qarşı bir-birilərinin səylərini beynəlxalq hüquqa uyğun olaraq dəstəklərini ifadə edirlər.
Bəyanatda, eyni zamanda, Əfqanıstanda sülh və sabitliyin təmin edilməsinin önəmi diqqətə çatdırılır: “Tərəflər Əfqanıstanda sülh və sabitliyin Mərkəzi Asiya bölgəsində təhlükəsizliyin təmin edilməsi baxımından təməl olduğunu vurğulayır və əfqanlar arasında hərtərəfli idarəetmə və dialoqun dəstəklənməsi və təşviq edilməsi ilə yanaşı, maneəsiz humanitar yardımın təmin edilməsinə yönəlmiş beynəlxalq ictimaiyyət tərəfindən göstərilən səylərin davam etdirilməsinin önəmini vurğulayırlar”.
Qeyd edək ki, Daşkənddə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev tərəfindən də qəbul edilib. Görüşdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş salamlarını çatdırıb. Bu ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana tarixi dövlət səfərinin əhəmiyyətini vurğulayan Şavkat Mirziyoyev səfər zamanı əldə olunmuş razılaşmalara uyğun olaraq qısa müddət ərzində görülən işləri yüksək qiymətləndirib. Bu xüsusda, artıq bir sıra sahələr üzrə şirkətlər arasında əlaqələrin qurulması, neft və qaz sektorunda şirkətlər arasında razılaşmaların əldə edilməsi, avqustun 1-də keçirilmiş ikitərəfli Azərbaycan-Özbəkistan İqtisadi Komissiyanın iclası və onun nəticələrinin faydalı olduğu vurğulanıb. Eləcə də, ilk dəfə olaraq keçirilmiş Azərbaycan, Türkiyə, Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin tarixi üçtərəfli görüşünün ölkələrimiz üçün əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə, eyni zamanda, ölkələrimiz arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində olan yüksək səviyyəli əməkdaşlıq məsələləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində görülən işlər, o cümlədən bu ilin noyabrında Səmərqənddə Zirvə görüşünün keçirilməsinə hazırlıq işləri müzakirə edilib. Ümumilikdə ölkələrimiz arasında əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.
Xarici işlər naziri Ceyhun Bayramov öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevin ən xoş arzularını Prezident Şavkat Mirziyoyevin diqqətinə çatdırıb. Prezidentlərin tapşırığına uyğun olaraq, həm ikitərəfli hökumətlərarası komissiyanın nəticələrindən, həm də üçtərəfli formatda qəbul edilmiş Daşkənd Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd edilib. Üçtərəfli formatda görüşün yüksək səviyyədə təşkilinə görə Özbəkistanın dövlət başçısına minnətdarlıq ifadə olunub.
Beləliklə, üç ölkənin nazirlərinin Daşkənddə keçirilən görüşü faydalı olub. Azərbaycan, Türkiyə və Özbəkistan arasında üçtərəfli əməkdaşlıq ortaq tarixə, birgə mədəniyyətə və dəyərlərə əsaslanır. Bu, eyni zamanda, möhkəm ikitərəfli əlaqələr və ölkələr arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinə dayanır. Xarici işlər, iqtisadiyyat və nəqliyyat üzrə məsul nazirlərin iştirakı ilə əsası qoyulmuş yeni üçtərəfli format müvafiq sahələrdə birgə layihələrin işlənib hazırlanmasına və irəli aparılmasına kömək edəcək. Bu, həm də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə qarşılıqlı fəaliyyəti gücləndirəcək.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

