Bir dil bir insan, çox dil bir dünyadır
30.09.2022 [10:36]
Bu gün Beynəlxalq Tərcüməçilər Günüdür
MÜŞFİQƏ
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür. Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərarı ilə bu bayram 1991-ci ildən etibarən hər il qeyd edilir. Bu tarixin seçilməsi heç də təsadüfi deyil. Belə ki, Bibliyanı (Vulqatı) latın dilinə tərcümə etmiş və ənənəyə görə tərcüməçilərin hamisi hesab olunan İeronim Stridonski 420-ci il sentyabrın 30-da dünyasını dəyişib. Onun şərəfinə bu gün tarixə düşüb.
Çox vaxt səsini eşidib, üzünü görmədiyimiz tərcüməçilərin yeri əvəzsizdir. Babil qülləsinin dağıdıldığı vaxtdan tərcüməçi peşəsinin bütün bəşəriyyətin həyatında çox böyük əhəmiyyəti var. Bir fransız mütəfəkkirinin sözlərinə görə, başqa dilə tərcümə olunmayan kitab tam çap olunmuş sayılmır.
Tərcümə bütün bəşəriyyətin ortaq dilidir. Qloballaşan dünyada tərcüməçilərimiz beynəlxalq siyasət, ticarət, iqtisadiyyat və texnologiya sahələrində dil baryerini aradan qaldıran, müxtəlif xalqların bir-birini anlamasına şərait yaradan əvəzsiz zəhmətkeşlərdir. Tərcüməçilər informasiyanı düzgün istiqamətdə və düzgün şəkildə çatdırmaqla həm də dünyada sülh və əməkdaşlığa töhfə vermiş olurlar. Bunu nəzərə alan BMT sentyabrın 30-da xalqları birləşdirən, sülh, anlaşma, barışıq və inkişafın təşviqində peşəkar tərcümənin rolunu vurğulayan qanun layihəsini qəbul etdi. 1953-cü ildən Beynəlxalq Tərcümə Federasiyası, 2017-ci ildə rəsmi olaraq Beynəlxalq Tərcümə Günü elan olundu.
Dünyada baş verən proseslərə paralel olaraq ölkəmizdə də tərcümə sahəsi inkişaf etməkdə və getdikcə daha çox əhəmiyyət qazanmaqdadır. Belə ki, 23 may 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyətinin məqsədi dövlət dilindən düzgün istifadə və tərcümə işinin mərkəzləşdirilmiş qaydada təşkili və tənzimlənməsindən, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılmasından və təbliğindən ibarətdir.
Mərkəz Bədii tərcümə sənətinə verdiyi xüsusi töhfələrə görə Xüsusi Fəxri Diplom və döş nişanı təsis edib.
Günümüzün ən məşhur və peşəkar tərcüməçiləri sırasında Vilayət Hacıyev, Vilayət Quliyev, Zahid Xəlil, Vaqif Aslan, Hamlet İsaxanlı və s. adlarını çəkmək olar. Onlar uzun illər bu sahədə çalışaraq neçə-neçə dünya ədəbiyyatı və elminə dair nadir əsərlərin orijinaldan tərcüməsini ərsəyə gətirirlər. Ömürlərini milli oxucunun dünyagörüşünün zənginləşməsinə, mütaliə zövqünün formalaşmasına həsr edən ziyalıların çoxsaylı tərcümələri bu gün insanlar üçün olduqca maraqlı və dəyərlidir. Məhz onların tərcümə sənətinə verdikləri xüsusi töhfə və xidmətlərinə görə hər zaman oxucuların yaddaşında iz qoyacaqlar.
Beynəlxalq Tərcüməçilər Günü münasibəti ilə ölkəmizdə və dünyada fəaliyyət göstərən bütün tərcüməçiləri təbrik edirik. İnanırıq ki, bu gün beynəlxalq siyasi, iqtisadi və elmi sahələrdə tərcüməçilik peşəsi həmişə mədəniyyətlərarası insan münasibətlərinin əsasını təşkil edəcək.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

