Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammiti keçirilir

Bakıda “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammiti keçirilir

03.10.2022 [10:47]

Oktyabrın 3-də Bakıda “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” Sammiti işə başlayıb.

AZƏRTAC xəbər verir ki, “İnterProbe” şirkəti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) tərəfindən birgə təşkil olunan “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” mövzusunda tədbir AKTA-ya üzv olan “Pnetworks” təşkilatının sponsorluğu, “A2Z Technologies”, “CyberPoint” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.

Tədbir Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Sonra sammitlə bağlı videoçarx nümayiş olunub.

Sammitdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, AKTA-nın İdarə heyətinin sədri Rahid Ələkbərli, Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov,”BP” şirkətinin xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və ”Swiss Cyber Institute”un rəhbəri Samir Əliyev və digər rəsmi şəxslər iştirak edirlər.

Paylaş:
Baxılıb: 696 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30