Nazirlərin “Şərq Tərəfdaşlığı” görüşü...
13.12.2022 [10:30]
Ceyhun Bayramov Ermənistanın qeyri-konstruktiv mövqeyindən danışıb
Ötən gün Brüsseldə Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib.
Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrelin sədrliyi ilə keçirilən toplantıda təşkilatın Qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi də iştirak edib. Cozep Borrel toplantıda çıxışı zamanı bildirib ki, Şərq Tərəfdaşlığı ölkələri ilə necə işləməyi yenidən düşünməliyik. Onun sözlərinə görə, vəziyyət artıq dəyişib, çünki 6 ölkədən 3-ü artıq
Aİ-yə üzvlük üçün müraciət edib, 1 ölkə isə Aİ-dən tamamilə uzaqlaşıb. C.Borrel görüşdə Ukraynadakı vəziyyətin də müzakirə mövzusu olduğunu deyib. O, eyni zamanda vurğulayıb ki, Avropa İttifaqı təhlükəsizlik və müdafiə sahəsində işi gücləndirməli, təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz üçün fəaliyyətini davam etdirməlidir.
Toplantıda iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxışında bildirib ki, müharibənin və işğalın dağıdıcı nəticələrinə və yaralarına baxmayaraq, Azərbaycan Ermənistana iki dövlətin sərhədləri çərçivəsində bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmətinə əsaslanan sülh təklif edib. Onun sözlərinə görə, cari il ərzində Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi münaqişədən sonrakı normallaşma prosesinə təkan verdi. Bu xüsusda, Brüsseldə keçirilən üçtərəfli görüşlər məhsuldar oldu. Azərbaycan bu formatı dəstəkləməyə davam edir və bundan sonra da bu istiqamətdə qarşılıqlı fəaliyyətə hazırdır. Nazir qeyd edib ki, qərəzsizlik və bitərəflik, beynəlxalq hüquqa ciddi hörmət və tərəflərin razılığı hər hansı bir vasitəçilik və ya yardım təşəbbüsünün əsasını təşkil edir və bu prinsiplərə hər vəziyyətdə riayət olunmalıdır: “Avqustun 31-də keçirilmiş Brüssel görüşünün mühüm nəticələrindən biri olaraq imzalanacaq sülh müqaviləsinin mətni ilə bağlı ikitərəfli danışıqlar başladı. Noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə görüşdən sonra Azərbaycan Ermənistana yenidən baxılmış təklifləri təqdim etdi. Danışıqların növbəti mərhələsinin yaxın həftələrdə baş tutacağı gözlənilir. Bu xüsusda, Azərbaycanın yanaşması aydın və ardıcıl olmaqla yanaşı, beynəlxalq hüquqa əsaslanır. İmzalanacaq sülh müqaviləsi Azərbaycan və Ermənistanın iki bərabər suveren dövlət kimi hüquqlarını təmin edəcək və dövlətlərarası münasibətlər ilə bağlı ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün zəmin yaradacaq. İkitərəfli danışıqlarda dinamizmin artmasına baxmayaraq, əldə edilən irəliləyiş kifayət qədər məhdud olaraq qalır, çünki Ermənistan keçmiş imitasiya təcrübəsini davam edir. Ermənistan dövlətlərarası normallaşmanın hər üç əsas istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir”.
C.Bayramov diqqətə çatdırıb ki, Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb: “Eyni şəkildə, Ermənistan kommunikasiya əlaqələrinin bərpasını süni şəkildə gecikdirir, o cümlədən Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunmasından imtina edir. Bunun əvəzinə, sentyabrın ortalarında delimitasiya olunmamış dövlət sərhədi boyunca təxribatdan sonra Ermənistan normallaşma gündəliyini pozmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başladı. Ermənistanın revanşist davranışının təşviqində müəyyən üçüncü tərəflərin rolu da ciddi narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları və döyüş ritorikasını gücləndirməyə sövq edir”.
Ümumiyyətlə, Aİ-nin Şərq Tərəfdaşlığı proqramının ölkəmiz üçün üstünlükləri nədir? Nazirlərin toplantısı nələr vəd edir? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Onun sözlərinə görə, keçən əsrin 90-cı illərindən başlayan bu münasibətlərin dinamikası zaman-zaman fərqli olub: “Aİ-nin qonşuluq siyasətinə etdiyi düzəlişlər fonunda 2015-ci ildən etibarən müşahidə edilən sürətli geosiyasi dəyişikliklər Brüssel-Bakı xəttində də maraqlı yeniliklərə səbəb olmaqdadır. Xüsusən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Aİ ilə Azərbaycan arasında münasibətlərin hansı xətt üzrə inkişaf edəcəyi ciddi maraq doğururdu. Görünən odur ki, Azərbaycanın Qarabağ zəfəri Aİ ilə münasibətlərimizin inkişafına əhəmiyyətli təsir göstərir. Çünki qazandığımız qələbə beynəlxalq müstəvidə mövqelərimizi daha da möhkəmləndirir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı proqramında fəal iştirak edir: “Bilirsiniz ki, Aİ-nin Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan daxildir. Azərbaycan öz haqq işini dünyaya çatdırmaq üçün bu beynəlxalq platformadan indiyə qədər səmərəli istifadə edib. Bundan sonra da belə olacaq. Şərq Tərəfdaşlığı proqramı Azərbaycanın Avropaya inteqrasiyasında mühüm rol oynamaqla yanaşı, ölkəmizə iqtisadi, siyasi sferada da ciddi üstünlüklər vəd edir. Cənubi Qafqazda yeni reallıqlar fonunda Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında iştirakının önəmi artır. Çünki İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni vəziyyət yaradıb. Bu bölgədə Azərbaycan söz sahibidir. Ona görə də, yeni reallıqlar fonunda Şərq Tərəfdaşlığına daxil ölkələrin xarici işlər nazirlərinin toplantısı Azərbaycan üçün mühüm tribunadır”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

