Ermənistanın növbəti təxribat cəhdi
27.01.2023 [10:58]
Nicat Dilqəmli
Müxtəlif dövrlərdə Ermənistanın dünya ictimaiyyətinin diqqətini yayındırmaq məqsədilə manipulyativ xarakterli addımlar atması hər kəsə məlumdur. Beynəlxalq münasibətlər sistemində “forpost” ölkə kimi tanınan Ermənistan hər vəchlə qondarma iddialarına dəstək toplamağa çalışır. Təxribat xarakterli iddiaları, terror aktlarını dəstəkləyən erməni lobbisi isə qeyri-qanuni yollarla təcavüzkar siyasətə haqq qazandırmaq üçün bütün mövcud imkanlarından geniş şəkildə istifadə edir.
Son günlər xaricdə yaşayan ermənilərin, eyni zamanda, onlara dəstək verən siyasi dairələrin yenidən aktivləşməsi müşahidə edilməkdədir. Belə ki, ABŞ erməniləri Azərbaycana qarşı növbəti təxribatlara hazırlaşırlar. Bunu elə erməni KİV-in yaydığı məlumatlar təsdiq edir. Belə ki, Azərbaycanın Qarabağ ermənilərinə qarşı guya “təcavüzünə” cavab olaraq, bir sıra qeyri-hökumət təşkilatları və fəallar “Qarabağı xilas edirik” koalisiyasının yaradılmasını elan edəcəklər. Təəssüf doğuran budur ki, saxtakar ermənilərin bu sərsəm iddialarının elan olunması üçün ABŞ Konqresi məkan olaraq seçilib. Belə ki, anti-Azərbaycan qüvvələr koalisiyanı elan etmək üçün yanvarın 27-də ABŞ-ın Konqres binasına toplaşacaqlar.
Məlumata görə, koalisiyaya Konqres üzvləri, erməni icmasının nümayəndələri, ictimai təşkilatlar və Qarabağ ermənilərinin taleyindən “narahat olan” dini liderlər daxil olacaq.
Laçın yolunda ekofəallarımızın dinc aksiyasını “genosid” kimi təqdim edənlər ?? gün, saat 14.00-da Azərbaycanın Vaşinqtondakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirəcəklərini də elan ediblər. Bundan əvvəl ayrı-ayrı ölkələrdə Azərbaycan səfirlikləri qarşısında keçirilən aksiyalarda olduğu kimi, Vaşinqtondakı səfirliyimiz qarşısında da təxribatlara əl atılması istisna deyil.
Təbii ki, bu kimi dırnaqarası aksiyaların təşkil olunması birbaşa olaraq əlaqədar dairələrin, iri biznes adamlarının marağına xidmət edir. Ekspertlər hesab edirlər ki, Ermənistan analoji aksiyalar keçirməklə regionda heç bir dəyişikliyə nail ola bilməyəcək.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan siyasi şərhçi İlqar Vəlizadə keçiriləcək aksiyanın hansısa fərdlərin və ya qrupların maddi maraqlarına xidmət etdiyini söyləyib. Politoloq onu da diqqətə çatdırıb ki, erməni diasporu vəziyyətdən istifadə edərək öz mövcudluğunu, gərəkliliyini sübut edir: “Bu aksiya illərlə formalaşan oyun qaydalarının bir parçasıdır. Bu qaydalar ondan ibarətdir ki, bir-biriləri ilə sıx şəkildə bağlı olan dairələr - diasporalar, onlarla əlaqəli müəyyən siyasi qruplar, erməni mənşəli iri biznes nümayəndələri üçün regionda hər hansı bir münaqişənin olması həmin qrupların mövcudluğunun qorunub saxlanılması üçün bir vasitədir. Bəs, bu aksiyadan sonra nə baş verə bilər? Əlbəttə ki, növbəti pul yığımı, yaxud sonradan işə salınacaq siyasi kampaniyalar üçün ayrılmış pul vəsaitlərinin əldə edilməsi”.
“Yəni, illərlə formalaşan bu mexanizm sadəcə olaraq, özünü doğrultmur. Bunun heç bir təsiri ola bilməz. Hadisələr də göstərir ki, bu cür aksiyaların hər hansı bir sonu və region üçün heç bir təsiri yoxdur”, - deyə İ.Vəlizadə fikirlərinə yekun vurub.
Deyilənlərdən hasil olunan nəticə bundan ibarətdir ki, Ermənistan atıq bütün sahələrdə məğlub olduğunu anladığından çıxış yolu kimi illərdir formalaşdırdığı yalan maşını ilə yeni nələrəsə nail olacağına hələ də ümidlidir. Bu səbəbdən də istər erməni lobbisinin, istərsə də maraqlı dairələrin dəstəyi ilə Ermənistanın qarşıdakı dövrlərdə də hansısa təxribatlara əl atacağı istisna edilmir. Bütün təhlillər isə eyni nəticəyə gətirib çıxarır: Ermənistanın bütün addımları fiaskoya məhkumdur. Digər tərəfdən, bu kimi əməllər Ermənistan ictimaiyyətində fikir ayrılığı yaratmağa, eyni zamanda, sülh prosesinin reallaşmasının məqsədli şəkildə uzadılmasına xidmət edir.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00

