31 illik tərəfdaşlıq
31.01.2023 [11:03]
Azərbaycan Ukrayna əlaqələri yüksələn xətt üzrə irəliləyir
Azərbaycan Respublikası ilə Ukrayna arasında diplomatik əlaqələr 31 yanvar 1992-ci ildə yaradılıb. 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi açılıb. Dövlətlərimizin münasibətlərinin əsasını 16 mart 2000-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə və 22 may 2008-ci il tarixli Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə təşkil edir.
Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir, iki dövlət strateji tərəfdaşdır. Parlamentlərarası əlaqələr və qanunvericilik sahəsində əməkdaşlıq inkişaf edir. BMT, AŞ, QDİƏT, GUAM, MDB və digər beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycanla Ukrayna məsləhətləşmələr aparır və ənənəvi olaraq bir-birinə qarşılıqlı dəstək verir. Eyni zamanda iki ölkə terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin yayılması və digər təhlükəli növ cinayətlərlə mübarizə sahəsində fəal əməkdaşlıq edirlər.
Azərbaycan ilə Ukrayna arasında mövcud olan dost əlaqələri qarşılıqlı hörmət prinsipinə əsaslanır. Bu prinsip tarixin müxtəlif dönəmlərində keçərli olub və indi də belədir. Azərbaycan 44 günlük Vətən müharibəsində də Ukraynadan dost münasibəti gördü. Azərbaycan da Ukrayna ilə dost ölkə olduğunu Rusiya-Ukrayna müharibəsi dönəmində bir daha göstərməkdədir. Müharibə dönəminin xronologiyasına nəzər yetirsək, bunun əyani şahidi olarıq. Müharibənin ilk günlərindən başlayaraq Azərbaycan dövləti Ukraynaya humanitar yardımlar göndərməyə başlamışdı.
Ukrayna Ali Radasının deputatı Vladimir Kreydenko “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan ilə Ukrayna arasında münasibətlər həmişə ənənəvi olaraq isti olub: “Bu münasibətlərin ildən-ilə daha da möhkəmləndiyini sübut edən çoxlu faktlar var. Ölkələrimiz diplomatik münasibətlərin tarixini bir əsr əvvəl yazmağa başlayıblar. Ötən müddət ərzində həm Ukraynada, həm də Azərbaycanda çoxlu dəyişikliklər baş verib, lakin dostluq, qarşılıqlı hörmət, xüsusən də hər iki dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət dəyişməz olaraq qalıb. Azərbaycan və Ukrayna arasında əməkdaşlığın diapazonu böyükdür və ildən-ilə genişlənir: iqtisadi əməkdaşlıqdan tutmuş təhsilə qədər. Ticarət-iqtisadi əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Son illər Azərbaycanda Ukrayna kapitalı ilə 200-ə yaxın şirkət, o cümlədən müxtəlif sahələrdə fəaliyyət göstərən 200-ə yaxın birgə müəssisə yaradılıb”.
Onun sözlərinə görə, Ukraynada bu ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edən böyük Azərbaycan diasporu yaşayır: “2021-ci il seçkilərində 20-yə yaxın azərbaycanlı müxtəlif orqanlara seçilib. Dövlətlər mədəniyyət, idman və turizm sahələrində əməkdaşlığa xüsusi diqqət yetirməyi də unutmurlar. GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, TRASEKA layihəsi kimi təşkilatlar çərçivəsində də ölkələrimiz arasında qarşılıqlı əlaqələr yüksək səviyyədə qurulub. Azərbaycan və Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipinə sadiq qalaraq bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Xüsusilə, 44 günlük Vətən Müharibəsi zamanı Ukraynanın mövqeyi hər kəsə məlum idi.
Rəsmi Bakı ilə Kiyev arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və bu əlaqələr regionda sabitliyin qorunmasına xidmət edir. Belə ki, 2020-ci ilin payızında prezident Zelenski Milli Təhlükəsizlik Strategiyasını imzalayıb və burada əsas məqam Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafıdır. Azərbaycan Türkiyə ilə yanaşı, Ukraynanın strateji tərəfdaşı olan BMT-nin 193 ölkəsi arasında ilk beşliyə daxil oldu. Bu Strategiya Ukrayna tarixində xarici siyasətə dair ilk sistemləşdirilmiş yüksək səviyyəli strateji sənəd adlandırıldı. 2021-ci ilin iyulunda isə “Ukraynanın Xarici Siyasət Strategiyası haqqında” fərman imzalanıb. Bu sənəddə 10-a yaxın bənd var ki, orada Azərbaycan və Türkiyə yenidən müxtəlif istiqamətlər üzrə strateji tərəfdaş kimi tanınır”.
Deputat qeyd edib ki, müstəqillik illərində Ukrayna və Azərbaycan çətinlikləri çiyin-çiyinə keçib, çox şey yaşayıb, çox itkilər verib, lakin böhranlı vəziyyətlərdən qalib çıxıblar: “Tariximiz açıq şəkildə göstərir ki, bizim ümumi cəhətlərimiz çoxdur. Bunlar həm daxili inkişafın vektoru, həm geosiyasi mövqe, həm də öz suverenliyimiz uğrunda mübarizədir. Ukrayna-Azərbaycan münasibətləri postsovet məkanı üçün çox maraqlı nümunədir. İki dövlət sabit münasibətlər qura bildi və bu münasibətlər bu günə qədər qorunub saxlanılır və inkişaf etdirilir. Sizi əmin edə bilərəm ki, münasibətlərin qorunmasında Ukrayna hakimiyyəti də Bakı qədər maraqlıdır. Əlaqələrimiz və tərəfdaşlığımız bundan sonra da yüksələn xətt üzrə irəliləyəcək”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

