Prezident Vyetnamın Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB
07.02.2023 [11:39]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoyun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Danq Min Xoy etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Prezident İlham Əliyev Vyetnama səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladı, bu səfərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Vyetnam arasında ikitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əsasda yaxşı əməkdaşlığın həyata keçirildiyini qeyd etdi. Prezident İlham Əliyev 2020-ci ildə Vətən müharibəsi zamanı beynəlxalq təşkilatlarda, xüsusilə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı müxtəlif bəyanatların qəbul edilməsi istiqamətində səylər göstərilərkən onların qəbul olunmasının qarşısının alınmasında Vyetnamın Qoşulmama Hərəkatının üzv dövləti və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Qoşulmama Hərəkatının digər üzvləri ilə birlikdə ölkəmizlə həmrəylik nümayiş etdirməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyi məsələsinə də toxundu, bu xüsusda Qoşulmama Hərəkatının sədr dövlətinin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzv kimi təmsil olunmasının zəruriliyini bildirdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ildə başa çatacağını vurğulayan dövlətimizin başçısı dedi ki, əsas məqsəd Azərbaycandan sonra sədrliyi öz üzərində götürəcək üzvlərə şamil olunacaq işlək mexanizmin təsbit edilməsidir. Belə bir yanaşma sırf beynəlxalq ədaləti əks etdirəcək. Dövlətimizin başçısı, həmçinin gələn ay Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində zirvə görüşünün Azərbaycanda keçiriləcəyini dedi.
Azərbaycan ilə Vyetnam arasında təhsil sahəsində çox yaxşı əlaqələrin olduğunu vurğulayan Prezident İlham Əliyev hələ sovet dövründə çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə təhsil aldığını bildirdi. Dövlətimizin başçısı Vyetnama səfəri zamanı Azərbaycandakı ali təhsil müəssisələrinin bu ölkədən olan məzunları ilə görüşdüyünü, onları Azərbaycana səfərə dəvət etdiyini xatırladı və onların bu səfəri həyata keçirdiklərini məmnunluqla qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq layihələrinin həyata keçirilməsində Vyetnam şirkətlərinin də iştirakının mümkünlüyü məsələsinə də toxundu, həmin şirkətləri bu işlərdə iştiraka dəvət etdi.
Azərbaycana səfir təyin olunmaqdan məmnunluğunu ifadə edən Danq Min Xoy Vyetnam Kommunist Partiyasının Baş katibi Nquyen Fu Tronqun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Vyetnam Kommunist Partiyasının Baş katibinə çatdırmağı xahiş etdi.
Səfir Prezident İlham Əliyevin Vyetnama səfərinin ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini bildirdi. O, Vyetnam-Azərbaycan əlaqələrinin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hələ Sovet İttifaqının rəhbərliyində olan zaman töhfələrini məmnunluqla xatırladı, Ulu Öndərin Vyetnama səfərinin münasibətlərimizin inkişafında böyük rol oynadığını qeyd etdi.
Dövlətimizin başçısı da Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqının rəhbərliyində olduğu dövrdə Vyetnama səfərini xatırladı, Ümummilli Liderin ölkələrimiz arasında münasibətlərin genişlənməsinə daim öz töhfəsini və dəstəyini verdiyini dedi. Prezident İlham Əliyev Vyetnam xalqının qəhrəmanlığına, əzminə həmişə böyük hörmətlə yanaşdığını qeyd etdi.
Diplomat Vyetnam xalqının Azərbaycan tərəfindən çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə təhsil alması üçün şəraitin yaradılmasını yüksək qiymətləndirdiyini və Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislərin bu gün də ölkənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiklərini diqqətə çatdırdı. O, hazırda Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində ayırdığı təhsil təqaüdü proqramları üzrə vyetnamlı tələbələrin Azərbaycanda təhsil aldıqlarını bildirdi.
Səfir Danq Min Xoy Vyetnamın Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəklədiyini, BMT Təhlükəsizlik Şurasında islahatlar və Qoşulmama Hərəkatının sədr dövlətinin bu strukturda təmsil olunması ilə əlaqədar Azərbaycanın təşəbbüsü barədə ölkəsinə məlumat verəcəyini diqqətə çatdırdı.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi vurğulandı.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

