Şans oyunları biznesi
16.02.2023 [10:37]
Ölkə iqtisadiyyatına verilən töhfə...
Yeganə BAYRAMOVA
Lotereya oyunları dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də şans oyunlarının bir növü kimi olduqca populyardır. Əlbəttə ki, söhbət fəaliyyəti qanunvericiliklə tənzimlənən lotereya oyunlarından gedir...
Türkiyə təcrübəsinin faydası
İqtisadçı Fuad İbrahimov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, son illər ölkəmizdə şans oyunlarına maraq artıb. İqtisadçının sözlərinə görə, “Azərlotereya” uzun müddətdir ki, iqtisadiyyatın mühüm iştirakçısı kimi özünü göstərir: “”Azərlotereya” 2021-ci ilin avqustundan Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları” şirkəti ilə əməkdaşlıq edir. Həmin ilin sonunda lotereya və idman mərc oyunlarını tənzimləyən qanunvericilik aktlarına dəyişiklik edilib, qanuni oyunlarla qanunsuz oyunlar arasında “sədd” çəkilib. Eyni zamanda, qanunsuz oyunları təşkil edənlərə qarşı cinayət məsuliyyəti sərtləşdirilib. Bundan başqa, qanunsuz oyunların keçirilməsinə dəstək verənlər üçün inzibati cərimələr müəyyən edilib.
Türkiyə lotereya və idman mərc oyunlarının təşkili və yeni məhsulların bazara çıxarılması baxımından təcrübəyə malik olan ölkələrdən biridir. Bu baxımdan Türkiyə ilə əməkdaşlıq həm də Azərbaycanda bu sahənin inkişafı baxımından vacib addımdır. Belə ki, qardaş dövlətin şirkətinin “Azərlotereya”nın idarəçiliyinə cəlb edilməsi ölkəmizdə lotereya və idman mərc oyunları sənayesini inkişaf etdirmək üçün investisiya və yeni texnologiya cəlb etməyə imkan verib, dünya təcrübəsində mövcud olan ən yaxşı modellərin, oyun sistemlərinin, texnoloji infrastruktur, müasir satış, cəlbetmə və stimullaşdırma mexanizmlərinin ölkəmizdə tətbiqinə şərait yaradıb”.
Şans oyunlarının iqtisadi dvidenti
İqtisadçı qeyd edib ki, şans oyunları biznesinin inkişafı yeni iş yerlərinin açılması, sosial layihələrin təşkili üçün mənbə yaradır. Eyni zamanda, dövlət büdcəsinə ödənilən vergilər lotereya oyunlarının iqtisadi dividentlərindən xəbər verir: “İqtisadiyyat Nazirliyi prosesə ciddi nəzarət edir və lotereya təşkilatçıları tərəfindən elan olunan uduş məbləğlərinin tam şəffaflıqla udan tərəfə çatdırılması təmin olunur. Son dövrlər “Azərlotereya”nın fəaliyyətində yenilik hiss olunur. Bundan başqa, müvafiq dövlət qurumları ilə müəyyən müqavilələr və memorandumlar imzalanır. Bu yaxınlarda “Azərlotereya” ASC ilə UNEC arasında memorandum imzalandı. Bu, “Azərlotereya”nın fəaliyyətini genişləndirmək istədiyini və cəmiyyətin ayrı-ayrı strukturlarının prosesdə iştirakının təmin edilməsinin əsas hədəflərdən biri olduğunu göstərir.
Qeyri-neft sektorunda vergi ödəyicisi
Şans oyunlarını təşkil edən şirkətlər mühasibat uçotu standartlarına uyğun maliyyə intizamının tətbiqi nəticəsində qeyri-neft sektorunun iri vergi ödəyicilərindən birinə çevrilib. Təəssüf ki, bu sahədə problemlər də var. Qanunsuz şans oyunlarının qadağan edilməsinə baxmayaraq, belə oyunların təşkil edilməsi, keçirilməsi və reklamı davam etməkdədir. Nəticədə qeyri-qanuni lotereya və idman mərc oyunları platformalarına edilən ödənişlər vergidən yayınır. Bununla da dövlətimiz ciddi maliyyə itkiləri ilə üzləşə bilər. Lakin qanuni şans oyunlarının təşkil edən şirkətlər qeyri-neft sektorunda əhəmiyyətli iştirakçıya çevrilməyi hədəfləyir”.
Nəticə olaraq bildirək ki, şans oyunları biznesi ölkə iqtisadiyyatına verdiyi töhfələrdə böyük pay sahibidir. Ümid edirik ki, bu sektor dövlətin tərəqqisində önəmli rol oynayan layihələrdən biri kimi fəaliyyətini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

