Zəlzələ ilə bağlı süni ajiotaj
16.02.2023 [10:51]
Mənəvi kriteriyalara sığmayan addım...
Yeganə BAYRAMOVA
Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ dünyanı, eləcə də Azərbaycan xalqını sarsıtdı. Şəhərlər, kəndlər, qəsəbələr yerlə yeksan oldu. Çox sayda insanın ölməsi və yaralanması xəbərlərini eşidən, dağıntılarla bağlı görüntüləri izləyən, xəbərləri oxuyan insanlar psixoloji gərginlik keçirirlər. Bütün bunlar Türkiyədə olduğu kimi, Türkiyənin dərdini öz dərdi bilən Azərbaycanda da ciddi psixoloji travma yaradıb. Əsas səbəb də insanların sosial şəbəkələrdə daim zəlzələ ilə bağlı xəbərlərin şahidi olması, bəzən şayiə xarakterli xəbərlərin ortaya çıxması, yanlış proqnozların verilməsidir.
Onsuz da vətəndaşlarımız belə bir fəlakətin ölkəmizdə olacağı barədə narahatlıq yaşayırlar. Təəssüf ki, bu durumdan istifadə edən bəzi şəxslər sosial şəbəkələrdə, xüsusilə, “Tik-Tok”-da Azərbaycanda zəlzələ olacağına dair süni ajiotaj yaradırlar. Həmin şəxslər vətəndaşlara səslənərək ölkəmizdə zəlzələnin baş verəcəyini, vətəndaşların hazırlıqlı olduqlarını deyirlər.
Həyəcan və təşviş pozuntusu
Mövzu barədə “Yeni Azərbaycan”a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, belə həssas bir dönəmdə həqiqəti əks etdirməyən xəbərlərin paylaşılması yolverilməzdir. Onun sözlərinə görə, yanlış informasiya yayanlar böyük məsuliyyət daşıyırlar:
“Son günlər hər birimiz həssas bir dönəm keçirik, qardaş Türkiyədə baş verən zəlzələdə insanların həyatda qalması üçün göstərilən səylər göz önündədir. Bu cür faciədən sarsılan şəxslərin sosial şəbəkələrdə yanlış xəbərlərə rastlaması onlarda həyəcan və təşviş pozuntusu yarada bilər. Məsələn, Bakıda yaxud Gəncədə yaşayan biri düşünür ki, zəlzələ orada baş versə, necə olacaq? Əlbəttə, həmin şəxslər zəlzələnin Azərbaycanda baş verib-verməyəcəyi barədə düşünürsə, bu, normal haldır. Lakin onların belə düşünməsinə şərait yaradan insanlar var. Hansı ki, yanlış informasiyalar yayaraq vətəndaşlar həyəcan, qorxu və təşviş yaradırlar. Hazırda insanların istənilən neqativ xəbərlərə qarşı həssaslığı artıb. Ona görə də bəzi vətəndaşların diqqətli olması lazımdır”.
Öz eqosunu təmin edənlər
Psixoloq qeyd edib ki, yanlış informasiyaları sosial şəbəkələrdə yayan adam uzağı 1000-2000 nəfər baxış sayı toplaya bilər. Həmin şəxs öz aləmində düşünür ki, yanlış məlumat yayaraq minlərlə baxış qazandım. Ancaq düşünmürlər ki, o xəbərləri izləyənlər arasında onların doğmaları da var. Kiminsə yanlış informasiya yayaraq insanların duyğuları ilə oynamağa mənəvi haqqı yoxdur. Bu cür situasiyalara yol açanlar öz eqosunu təmin etməyə çalışırlar”.
Vətəndaş həmrəyliyi olmalıdır
E.Rüstəmovun sözlərinə görə, informasiya əsrində bu cür yanlış məlumatların tirajlanmasına qarşı vətəndaş həmrəyliyi olmalıdır: “Məsələn, həmin şəxs yaydığı yanlış xəbər üçün nə qədər izləmə olduğunu dostuna söyləyirsə, dostu onu tənbeh edərək yanlış yolda olduğunu deməlidir. Fikrimcə, məsələ ilə bağlı qanuni addım atılmalıdır. Artıq 1 həftədən çoxdur ki, cəmiyyətimizdəki insanlar narahatdır və bu narahatlığı nisbətən də olsa, azaltmaq üçün müxtəlif yollara əl atırlar: Kimisi yardım, kimisi isə dua edir və bununla özlərinə təskinlik verməyə çalışırlar. Belə olan halda yanlış xəbərlər paylaşıb xaos yaratmaq düzgün deyil və heç bir mənəvi kriteriyalara sığmır”.
10 gündən 1 aya qədər həbs...
Hüquqşünas Kənan Tağıyevin sözlərinə görə, sosial şəbəkələrdə bu cür yanlış informasiyaları yayan şəxslər yalnız inzibati qaydada məsuliyyətə cəlb olunurlar: “Belə məqamlarda cinayət məsuliyyətinə cəlb olunma kimi hallar baş vermir. Vətəndaş inzibati məsuliyyətə cəlb olunur və 10 gündən 1 ay müddətinə həbs edilə bilər”.
Azərbaycanda güclü zəlzələ ola bilər?
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, zəlzələlərin qısamüddətli proqnozu mümkün deyil: “Baxmayaraq ki, Azərbaycanda hər gün yeraltı təkanlar qeydə alınır. Lakin çoxu hiss olunmur. Odur ki, yaxın zamanlarda ölkədə güclü təkanların olması gözlənilmir”.
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35

